Slimfit
  1. AZƏRBAYCAN

İki ölkə lideri İlham Əliyevə məktub ünvanladı

İki ölkə lideri İlham Əliyevə məktub ünvanladı
Sakura

İki ölkə lideri İlham Əliyevə məktub ünvanladı

İrlandiyanın Prezidenti Maykl Higgins Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

"Möhtərəm cənab Prezident.

Milli bayramınız – Respublika Günü münasibətilə Zati-alinizə şəxsən öz adımdan və İrlandiya xalqı adından ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırıram.

Bu fürsətdən istifadə edərək Zati-alinizə xoşbəxtlik, Azərbaycan xalqına isə əmin-amanlıq və rifah arzulayıram", - təbrikdə deyilir.

***

Burkina-Fasonun Prezidenti Rok Mark Kristian Kabore Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Cənab Prezident.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə Burkina-Faso xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Bu gözəl fürsətdən istifadə edərək Sizə və xalqınıza cansağlığı, sülh, rifah və davamlı tərəqqi arzulayıram.

Əmin ola bilərsiniz ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin davamlı olaraq möhkəmlənməsi üçün Sizinlə birgə işləməyə daim hazıram.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm", - təbrikdə qeyd edilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR