Slimfit
  1. İDMAN

İki futbolçu İngiltərə millisindən kənarlaşdırıldı

İki futbolçu İngiltərə millisindən kənarlaşdırıldı
Sakura

İki futbolçu İngiltərə millisindən kənarlaşdırıldı

İngiltərə millisinin futbolçuları - Fil Foden və Meyson Qrinvud intizamsızlığa yol verdikləri üçün heyətdən kənarlaşdırılıb. 

"Report"un "Sky Sports"a istinadən məlumatına görə, onlar UEFA Millətlər Liqasında I turun İslandiya ilə səfər matçında karantin qaydalarını pozublar. 

Hər iki oyunçu II turda Danimarka ilə sentyabrın 8-də səfərdə oynayacaqları qarşılaşmanın hazırlıqlarında iştirak etməyib. Oyunçular Reykyavikdəki otelə qadın gətiriblər. İngiltərə millisinin baş məşqçisi Qaret Sautgeyt hadisəyə münasibət bildirmək istəməyib. İngiltərə Futbol Federasiyası da konkret səbəb göstərməyib. 

Qeyd edək ki, İngiltərə İslandiyanı 1:0 hesabı ilə məğlub edib. Hər iki futbolçu bu qarşılaşmada meydanda olub. 

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR