Dərc edildi: Baxış sayı: 589
İki aşiq 75 il sonra belə görüşdü "Hər zaman səni sevdim"
İkinci dünya müharibəsi zamanı Normandiyada döyüşən amerikalı əsgər və aşiq olduğu fransız qadın 75 il sonra ilk dəfə görüşüb.
Moderator.az xəbər verir ki, 24 yaşında ikən Fransanın şimalında xidmət edən amerikalı əsgər Robbins aşiq olduğu 18 yaşlı sevgilisini o zamandan sonra bir daha görməyib.
75 il sonra Robbins müharibə ilə bağlı verdiyi açıqlamada gənclik sevgisi olan qadının artıq həyatda olmadığını düşündüyünü söyləyib. Bundan sonra fransız jurnalistlər qadını taparaq cütlüyü 75 il sonra ilk dəfə görüşdürüb.
Sevdiyi qadınla görüşdüyü zaman "Hər zaman səni sevdim, ürəyimdən heç vaxt çıxmadın " deyən Robbins gözlərinə inanmadığını bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət