Slimfit
  1. DÜNYA

IKEA: Dünyanın ən çox satan mebel dükanı

IKEA: Dünyanın ən çox satan mebel dükanı
Sakura

IKEA: Dünyanın ən çox satan mebel dükanı

Mebel və müxtəlif cür ev əşyaları istehsal edən İsveç mənşəli İkea şirkəti 2008-ci ildən etibarın dünyanın ən çox mebel satan şirkətidir.

Ikea 1943-cü ildə 17 yaşlı dülgər İngvar Kamprad tərəfindən qurulub. Hal-hazırda şirkətin 52 ölkədə fəaliyyət göstərən 424 mağazası var. Ikea hər il ortalama 40 milyard dollar dəyərində satış həyata keçirir.

İkea sözü İnqvar Kampradın adının baş hərfləri ilə, böyüdüyü ferma Elmtaryd və anadan olduğu bölgə Aqunnaridın baş hərflərindən əmələ gəlib.

200 minə yaxın işçisi olan İkea mağazalarını hər il 1 milyard insan ziyarət edir. Mağaza həmçinin onlayn platformada da satış həyata keçirir. 12 mindən çox mal təqdim edən saytın illik ziyarətçi sayı 2 milyarddan çoxdur.

Ikea müasir mebel mağazalarından novatorluğu ilə fərqlənir. Mağazanın modern, xudmani və minimalist mebelləri hər il daha çox evə daxil olur. İkeanın daha bir xüsusiyyəti də bu mebelləri uyğun qiymətə satmasıdır. Ikeadan mebel almaq həm də yaradıcı prosesdir. Aldığınız bütün mebellər sizə parçalar halında təqdim olunur. Bu parçaları bir-birinə birləşdirmək sizin işinizdir. Beləliklə, lego parçalarından oyuncaq hazırlamaq kimi istifadə ecəcəyiniz divan, stol və stulları öz əllərinizlə yığırsınız.

Müasir texnologiyayla ayaqlaşan Ikea mağazasında yerləşdirilən xüsusi planşetlərdə bəyəndiyiniz mebelin bütün xüsusiyyətlərini görə bilirsiniz. Həmçinin bu cihazlarda məhsulun rəngini və dizaynını da dəyişdirə bilərsiniz. Bu da alıcılara məhsulla bağlı maksimum məlumat və ilham vermək üçün düşünülmüşdür.

Mağazanın içində evdəki otaqları xatırladan xüsusi vitrin otaqlar dizayn edilmişdir. Alıcı bu otaqlarda gəzişərək bəyəndiyi mebellərin uyumu ilə bağlı təəssürat qazana bilir. Son dəbə uyğun otaqların necə dizayn edildiyindən xəbərdar olur. Həmçinin, bu məhsulların yan-yana sıra ilə düzülüşü görməkdənsə, onların əsl evdə necə görünəcəyini təsəvvür edə bilir.

Bir də Ikea mağazasında məhsulların adları müştərilərdə xüsusi maraq oyadır. Disleksiya xəstəliyindən əziyyət çəkən Kamprad əşyalara yeni ad düşünmək yerinə onlara sitematik şəkildə kənd, şəhər və ya qəsəbə adları verməyə başlayıb. Məsələn yataqlar Norveçdə yerləşən məkanların, divanlar İsveç kəndlərinin, mətbəx masaları Finlandiya qəsəbələrin adını daşıyır. Oturacaqlara oğlan adları, fincanların adı isə isveç dilində olan sifətlərdən ibarətdir.

İkea mağazalarının daha bir maraqlı özəlliyi isə odur ki, mağazada bir neçə saat bazarlıq edən müştərilər qarınlarını da doyura bilər. Bu mağazaya sadəcə Skandinav mətbəxinin unikal yeməklərinin dadına baxmaq üçün gələn turistlər də var.

Skandinaviyanın məşhur minimalist interyeri, habelə dadlı yeməkləri ilə tanış olmaq istəyənlər üçün Ikeada bir gün keçirmək kifayətdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR