III Dünya müharibəsinin ssenarisi açıqlandı
ABŞ Hərbi Hava Qüvvələrinin Qərargah rəisi Devid Qoldfeyn III Dünya müharibəsinin başlama ssenarisini açıqlayıb.
“Rossiyskaya qazeta” xəbər verir ki, general D.Qoldfeyn Birləşmiş Ştatlara qarşı nüvə hücumu ehtimalına cavab olaraq fəaliyyət planının mövcud olduğunu deyib:
“Nüvə ölkəsi ilə müharibə başlasa, ofisimdəki qırmızı telefonda üç qırmızı işıq yanacaq. İlk olaraq NATO-nun Avropadakı qüvvələrinin Ali Baş Komandanı general Tod Volters zəng edəcək. O, hücuma qarşı mübarizə aparmaq üçün nə lazım olduğunu soruşacaq. ABŞ və NATO-nun qırıcıları, bombardmançı təyyarələri, kosmik və kiber qoşunları, xüsusi əməliyyat qüvvələri eyni vaxtda kütləvi əks-hücuma başlayacaqlar”.
D.Qoldfeynin sözlərinə görə, ikinci zəngi NORAD və ABŞ-ın raket əleyhinə müdafiə komandanına olacaq:
“Onun sərəncamında GBI raketləri var, raketlərin buraxılış şaxtaları Alyaska və Kaliforniyada yerləşir. NORAD-ın bütün gücü kosmosda düşmənin ballistik raketlərinin axtarışına cəlb ediləcək”.
General sonda qeyd edib ki, yekun mərhələdə atom sualtı qayıqları işə salınacaq. Onlar suyun altından dağıdıcı yaylım atəşi açacaqlar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət