Slimfit
  1. İDMAN

III Avropa Oyunlarının keçiriləcəyi ölkə açıqlanıb

III Avropa Oyunlarının keçiriləcəyi ölkə açıqlanıb
Sakura

III Avropa Oyunlarının keçiriləcəyi ölkə açıqlanıb

2023-cü ildə III Avropa Oyunlarının keçiriləcəyi məkan müəyyənləşib.

Report” Avropa Olimpiya Komitəsinin (EOC) rəsmi “Twitter” səhifəsinə istinadən xəbər verir ki, yarışa yeganə namizəd - Polşanın Krakov şəhəri ev sahibliyi edəcək. Bununla bağlı qərar Belarusun paytaxtı Minskdə 50 Milli Olimpiya Komitəsinin nümayəndələrinin iştirak etdiyi EOC-un Baş Assambleyasında açıq səsvermə yolu ilə qəbul olunub.

Qeyd edək ki, I Avropa Oyunları 2015-ci ildə Bakıda baş tutub. II Avropa Oyunları isə iyunun 21-də Minskdə start götürüb və ayın 30-dək davam edəcək. Turnir dörd ildən bir keçirilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR