Slimfit
  1. DÜNYA

II Yelizaveta rusiyalı şagirdə məktub yazdı

II Yelizaveta rusiyalı şagirdə məktub yazdı
Sakura

İvan Vorojeykin dünya liderlərindən imza kolleksiyası toplayır

İvan Vorojeykin dünya liderlərindən imza kolleksiyası toplayır.

Böyük Britaniya kraliçası II Yelizaveta Rusiyada yaşayan 9-cu sinif şagirdi İvan Vorojeykinə cavab məktubu yazıb.

AzNews.az xəbər verir ki, məktəbli jurnalistlərlə söhbətində bildirib ki, artıq uzun illərdir tanınmış dünya liderlərindən imza kolleksiyası toplayır. Elə bu niyyətlə o, kraliçaya müraciət edib.

“Bir liderin sizə cavab yazması üçün sadəcə iltifatlı məktub kifayətdir. Məktubda məqsədin imza istəmək olduğunu birbaşa bildirməyə gərək yoxdur. Bunu sətir altı da qeyd etmək olar”,- deyə İvan jurnalistlərə söyləyib.

Məktəblinin unikal kolleksiyasında yüzdən çox məşhurun imzası yer alıb. Onun məktubuna, hətta Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Angela Merkel, Kanada baş naziri Castin Tryudo və başqaları cavab verib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xınalıq

Redaktor seçimi

SON XƏBƏRLƏR