Slimfit
  1. DÜNYA

IEA: İrana qarşı yeni sanksiyalar qlobal neft təchizatı üçün böyük riskdir

IEA: İrana qarşı yeni sanksiyalar qlobal neft təchizatı üçün böyük riskdir
Sakura

IEA: İrana qarşı yeni sanksiyalar qlobal neft təchizatı üçün böyük riskdir

İrana qarşı yeni sanksiyalar qlobal neft təchizatı üçün böyük riskdir.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir. Bildirilir ki, ABŞ və Çin arasındakı artan ticari gərginlik bu il və gələn il qlobal neft tələbatına öz təsirini göstərəcək. ABŞ-ın İrana qarşı tətbiq edilən sanksiyaları qlobal neft tədarükünün qorunmasında çətinliklər yaradır: “Yeni sanksiyalar noyabrdan etibarən İrandan gələn neft təchizatının kəsilməsinə səbəb olacaq və “qara qızıl”ın qiymətinə təsiri artıracaq. İrana qarşı yeni sanksiyalar qlobal neft təchizatı üçün böyük bir riskdir. Səudiyyə Ərəbistanı və Rusiya noyabrdan əvvəl neft istehsalını artırır. Lakin qlobal neft tədarükünü eyni səviyyədə saxlamaq çox çətin ola bilər”.

Qeyd edək ki, ABŞ müttəfiq ölkələr və şirkətlərdən bu il noyabrın 4-dək İrandan neft idxalını dayandırmağı istəyib. Lakin ABŞ İrandan neft idxalına qarşı sanksiyalarda bəzi ölkələrə güzəşt tətbiq etməyi də nəzərdən keçirəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR