Dərc edildi: Baxış sayı: 584
İdris İsmayılov: “İskəndər” raketinin Ermənistanın hansı tərəfindən atıldığı məlum deyil”
"İskəndər" raketinin Ermənistanın hansı tərəfindən atıldığı bizə məlum deyil".
Ens.az Report.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Operativ Qərargahının rəisi İdris İsmayılov deyib.
O bildirib ki, raketlərin Ermənistanın hansı istiqamətindən atıldığını xüsusi radar vasitəsilə müəyyənləşdirmək olur:
“Bizdə hazırda bu barədə məlumat yoxdur. Raketin hansı tarixdə, hansı istiqamətdən atıldığı bizə məlum deyil. ANAMA humanitar təmizlənmə əməliyyatlarını həyata keçirir".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət