Slimfit
  1. İDMAN

İdmanda erməni təxribatı: Acizlikdən doğan saxtakarlıq

İdmanda erməni təxribatı: Acizlikdən doğan saxtakarlıq
Sakura

İdmanda erməni təxribatı: Acizlikdən doğan saxtakarlıq

 Ermənistanın cüdo üzrə yığma komandası Bakıda keçiriləcək dünya çempionatında iştirakdan imtina edib. Özü də gülünc və təxribatçı səbəb göstərməklə. Düşmən ölkə təlülkəsizlik amilini bəhanə edərək, yarışa qatılmaqdan boyun qaçırıb.

Əvvəla, Azərbaycan hökuməti Ermənistan cüdoçularının təhlükəsizliyinə tam təminat verib. Dövlət adından təhlükəsizlik və viza dəstəyi ilə bağlı müvafiq sənəd qarşı tərəfə təqdim olunub. Məktubun surəti Beynəlxalq Cüdo Federasiyasına (IJF) və Avropa Cüdo İttifaqına (EJU) göndərilib. Belə olan halda, ermənilərin iddiası özlərini gülünc vəziyyətə salan cəfəngiyatdan başqa bir şey deyil.

Ermənilərin saxtakarlığına işıq tutan əsas sübut yaxın keçmişdəki davranışlarıdır. Görünür, təhlükəsizlik amilini qabardanların yaddaşla bağlı problemləri var. Məgər 2005-ci ildə Azərbaycanın paytaxtında təşkil olunan şahmat üzrə Dünya Kubokuna, 2007-ci ildə keçirilən güləş üzrə dünya çempionatına və ya “Bakı 2015” I Avropa Oyunlarına gələnlər erməni idmançıları deyildilər? Hətta həmin yarışlardan sonra razılıqlarını da bildirmişdilər. Bəs, indi nə dəyişdi?!

Ermənistanın hazırkı davranışı acizlikdən, qorxaqlıqdan doğan saxtakarlıqdan başqa bir şey deyil. İdmançılarının Bakıda rüsvay olacaqlarını gözəl bilirlər. Ölkələrində Yerevanda qızıl medal qazanıb, bayraq qaldırdacaq Elmar Qasımovun etdiklərini təkrarlayacaq səviyyədə cüdoçunun olmadığının fərqindədirlər.

Uzağa getməyək, Ermənistan yığması ötən il Macarasıtanın paytaxtı Budapeştdə keçirilmiş dünya çempionatında 3 cüdoçu ilə təmsil olunub. Onlardan Arsen Kazaryan (73 kq) və Sose Balasanyan (52 kq) ilk, Ferdinand Karapetyan (73 kq) isə ikinci görüşdə uduzaraq, mükafatçılar sırasına düşə bilməyib.

Ermənilərin qorxaqlığı təhlükəsizliklə deyil, Bakıda rüsvay olmaq ehtimalının yüksəkliyi ilə bağlıdır. Azərbaycandan əlləri ətəklərindən uzun qayıdacaqlarını yaxşı bildikləri üçün ənənəvi üsullarına – təxribata əl atırlar!

Cüdoçulardan sonra növbə futbol üzrə Ermənistan yığmasının kapitanı Henrik Mxitaryandadır. Onun formasını geyindiyi İngiltərənin “Arsenal” klubu Avropa Liqasında “Qarabağ”la eyni qrupa düşüb. London təmsilçisi oktyabrın 4-də II tur çərçivəsində Azərbaycan çempionunun qonağı olacaq. Üstəlik, 2018/2019 mövsümündə yarışın final oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək.

Artıq indidən xarici mətbuatda 29 yaşlı yarımmüdafiəçinin Bakıya gəlib-gəlməyəcəyi müzakirə olunmaqdadır. 2015-ci il oktyabrın 22-də Avropa Liqasının qrup mərhələsində Dortmund “Borussiya”sının heyətində “Qəbələ” ilə oyun üçün Bakıya səfər etməyən Mxitaryan vəziyyəti belə şərh etmişdi: “Bakıya gəlməyi mən də istəyirdim. Ancaq təhlükəsizlik baxımından qərara alındı ki, Dortmundda qalım. Mənə qədər erməni güləşçilər və şahmatçılar Azərbaycana gedib. Lakin futbol başqadı. Deyə bilmərəm ki, Bakıya səfər etsəydim, nələr olacaqdı”.

Mxitaryan çox şey istəyə bilər. Lakin cüdoçulardan fərqli olaraq, onun Bakıya səfəri yalnız özündən asılı deyil. Buna səbəb yarımmüdafiəçinin 2009-cu ildən etibarən Dağlıq Qarabağa qanunsuz səfərləridir.

Milliyyətçi biri olan futbolçu bir neçə dəfə Dağlıq Qarabağ müharibəsində iştirak edən veteranlara yardım üçün Xankəndinə baş çəkib. Onlara müxtəlif məişət texnikası hədiyyə edib. 

Səfərlərin birində işğal altında olan bölgədəki separatçı rejimin başçısı Bako Saakyan Ermənistan Futbol Federasiyasına və Mxitaryana regionda idmanın inkişafı və müxtəlif xeyriyyə layihələrinin həyata keçirilməsinə görə təşəkkür edib, futbolçuya “Ayrenyats Paştpan” (Xalq müdafiəçisi) ordeni verib...

Mənbə: Report

 

 

port

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR