Dərc edildi: Baxış sayı: 559
İdmançımız finalda ermənini məğlub etdi
Birləşmiş Ərəb Əmirliklərində keçirilən “Əbu-Dabi Dünya Peşəkar Ciu-Citsu çempionatı 2019” turnirində 8 yaşlı həmvətənimiz Ömər Abdulla finalda erməni təmsilçisi Samvel Qaloyana qalib gəlib.
Axar.az xəbər verir ki, o, 30 kq çəki dərəcəsində çıxış edib və qızıl medala layiq görülüb.
5 yaşlı Yasin Dadaşov isə 23 kq çəkidə yarışıb və yalnız finalda Qazaxıstan təmsilçisi Usman Ospana uduzaraq, ikinci yerlə kifayətlənib.
Qeyd edək ki, turnirə 100-ə yaxın ölkənin idmançısı qatılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət