Dərc edildi: Baxış sayı: 644
Azərbaycan boksçusu Əli Zamanov Rusiyanın Anapa şəhərində keçirilən Avropa birinciliyində fəxri kürsünün…
Azərbaycan boksçusu Əli Zamanov Rusiyanın Anapa şəhərində keçirilən Avropa birinciliyində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
AzVision.az xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan Əli Zamanov ardıcıl olaraq, ermənistanlı Hayk Alaberkyan, rusiyalı Eduard Voskanyan və bolqarıstanlı Krasimir Churova qalib gələrək yarımfinalda Mixail Taranudan (Moldova) üstün olub – 4:1.
Həlledici görüşdə İngiltərə boksçusu Jo Makqrail ilə qarşılaşan həmyerlimiz bu döyüşdə də inamlı qələbə qazanıb. Əməkdar məşqçi Fərid Mayılovun yetirməsi rəqibindən 4:1 (29:28, 29:28, 28:29, 29:28, 29:28) hesabı ilə üstün olub.

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət