Slimfit
  1. CƏMİYYƏT

İdman zalları nə vaxt açılacaq?-AÇIQLAMA

İdman zalları nə vaxt açılacaq?-AÇIQLAMA
Sakura

İdman zalları nə vaxt açılacaq?-AÇIQLAMA

Koronsvirus pandemiyasının yayılması ilə ölkəmizdə bir çox yerlər bağlandı. Daha sonra mərhələli şəkildə yumuşaldılma tədbirləri çərçivəsində bir çox məkanlar,iaşə obyektləri açıldı. Əlbəttə, açılmayan məkanlar da oldu ki, bunlardan biri də idman zallarıdır. Türkiyədə idman salonlarının açılışına icazə verilib. Bəs Azərbaycanda belə bir icazə nə vaxt verilə bilər?
Ens.az xəbər verir ki, məsələ ilə bağlı deputat Cavid Osmanov Sonxeber.az-a açıqlama verib.

Deputat bildirib ki, bütün dünyada tüğyan edən koronavirus pandemiyasına qarşı Azərbaycanda çox ciddi və təxirəsalınmaz işlər görülüb:

 

"Ölkə prezidenti tərəfindən sahibkarlar, hüquqi və fiziki şəxlər üçün zəngin sosial paketin ayrılması, aztəminatlı ailələrin məşğulluğunun artırılması və onlara dövlət dəstəyinin verilməsi istiqamətində çox ciddi tədbirlər həyata keçirilib.

Bunlarla yanaşı Azərbaycan eyni zamanda qüdrətli dövlət kimi regional və qlobal ruhda çıxış edərək, təxminən 30-a yaxın ölkəyə dövlət dəstəyini əsirgəməyib və onların bəzilərinə tibbi, maddi yardımlar da göstərib. Həmçinin ÜST-ə iki dəfə 5 milyon dollar vəsait ayırıb. Ölkəmiz bu sahədə çox ciddi tədbirlər həyata keçirib. Bununla yanaşı Nazirlər Kabineti yanında Operativ Qərərgah tərəfindən müxtəlif sərt karantin rejimi qaydaları da tətbiq olunub. Son günlərin statistikası göstərir ki, yumuşaldılma tədbirlərindən sonra virusa yoluxma sayı daha da çoxalıb. Artıq neçə gündür ki, biz gündəlik yoluxma sayının 300-dən çox olduğunu görürük. Ona görə də yumuşalmadan sərtləşməyə doğru addımlar atılıb. Təbii ki, bunlar bəzi məsuliyyətsiz vətəndaşlarımızın vəziyyətə səhlənkar yanaşmasından irəli gəlib. Həftə sonları, yəni şənbə və bazar günləri ölkəmizin 4 şəhər və 5 rayonunda daha sərt karantin rejimi tətbiq olundu. Amma önümüzdəki həftə sonunda isə artıq 9 şəhər və rayona daha sərt karantin rejiminin tətbiq olunması qərarı verildi. Çünki həmin rayon və şəhərlərdə virusa yoluxma halları daha çox qeydə alınıb. Hökumət bu tədbirlərin həyata keçirilməsini zəruri hesab edir.

Pandemiyanın yayıldığı ilk vaxtlarda tətbiq olunan sərt karantin rejimi zamanı demək olar ki, bir çox yerlər bağlandı. Hətta yumuşaldılma tədbirlərindən sonra da bəzi açılmayan yerlər oldu. Bunlardan biri də idman zallarıdır".

Deputat bildirib ki, idman zalları virusun yayılması üçün daha əlvrişli məkandır:

"Çünki idman zalları qapalı məkan olmaqla yanaşı, eyni zamanda müxtəlif insanlar orada idman qurğuları ilə birbaşa təmasda olurlar. Ona görə də idman zalları təhlükəli obyekt olduğundan bunların açılması biraz gec nəzərdə tutulub. Amma istənilən halda biz əminik ki, zaman keçdikcə hökumət lazımlı addımlar atacaq və yaxın gələcəkdə də idman zallarının açılması baş tutacaq. Təbii ki, Operativ Qərərgah ölkədə koronavirusun yayılma tendensiyasına və gedən proseslərə uyğun olaraq addımlar atır. Hər halda zamanı gəldikdə Operativ Qərərgah özü idman zallarının açılması ilə bağlı qərarlar həyata keçirə bilər".

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR