Slimfit
  1. MARAQLI

İdeologiyasız mədəniyyət simasız millət kimidir

İdeologiyasız mədəniyyət simasız millət kimidir
Sakura

İdeologiyasız mədəniyyət simasız millət kimidir

Qarşısı alınmaz dünya tendensiyaları, eləcə də bir sıra ölkələrin təcrübəsi mədəni identikliyin itməsi probleminin tam mənada suverenliyin keyfiyyətində əks olunduğunu təsdiq etməyə imkan verir. Mədəniyyətin inkişafı cəmiyyətin inkişafının zəmanətidir. Bundan başqa, məhz mədəniyyət ictimai şüurun modernləşməsi proseslərinin harmoniyasını təmin edə bilər. İndi isə bir anlıq təsəvvür edin: "idxal olunmuş" elmi-texniki tərəqqinin (əsasən yeni texnologiyaların əldə edilməsi hesabına) müşahidə olunduğu bir dövlətdə mədəniyyət durğunluq vəziyyətindədir. Buna inkişaf demək olmaz. Keyfiyyətli modernləşmə ilk növbədə ictimai şüurda başlamalıdır. Bu isə mədəniyyət və mədəni mexanizmlər vasitəsilə baş verir.

İqtisadi böhran, qlobal kataklizmlər, radikal tendensiyaların artımı, ikili standartlar, eləcə də beynəlxalq təşkilatlara qarşı inamın itirilməsi kimi bir sıra digər amillər bir çox ölkələrdə "mədəniyyətin" dövlət siyasətinin bir istiqaməti kimi küncə sıxışdırılmasına gətirib çıxardı. Bəlkə də dünyanın super güclərinin geosiyasətinin strateji məqsədi elə bundan ibarətdir?

Mədəni identikliyin məhvi mütləq surətdə milli özünəməxsusluğun itməsinə gətirib çıxaracaq, bu isə geosiyasətdə yumşaq güc strategiyasının həyata keçirilməsinin təcəssümüdür. Açıqcası, Z. Bjezinski də daxil olmaqla bir sıra amerikalı strateqlər bu vəziyyəti gizlətmirlər. Mədəni mexanizmlər isə hər zaman Qərb strateqlərin siyasi arsenalında olmuşdur.

İdeoloji başlanğıcdan məhrum olan mədəniyyət insan orqanizminin yoluxduğu SPİD-ə, yəni immuninetsiz orqanizmə bənzəyir. Məhz belə orqanizmi qısa zamanda yoluxdurmaq və məhv etmək daha asandır. Nəzərə almaq lazımdır ki, bu prosesdə ən çətini orqanizmin yoluxmasıdır, daha sonra immunitetin əskikliyi öz işini özü görür. Razılaşmalıyam ki, siyasi şoumen D.Trampın fonunda bu strategiya diqqət çəkməyə bilər. Lakin inanın ki, ondan öncə bu mexanizmin start düyməsi artıq sıxılmışdır.

Bir daha qeyd etməliyəm ki, gənc dövlətlərin yaşadığı iqtisadi problemlər bu dövlətlərin hökumətlərinin mədəniyyət və mədəni identiklik məsələlərini "unutması" üçün əlverişli şərait yaradır. Qismən məhz bu şərait mədəniyyətin ideoloji əsasının məhvinə gətirib çıxarır. Bir sıra mədəniyyət müəssisələrimizin fəaliyyətini izlərkən bəzən elə hiss yaranır ki, onlar öz ideoloji başlanğıclarından "utanırlar". Siyasətsiz mədəniyyət sözsüz və mənasız kitaba bənzəyir.

Yada salsaq ki, Azərbaycan ərazisinin beşdə biri işğal altında olan bir ölkədir, o zaman mədəniyyətin ideoloji başlanğıcı strateji xarakter daşımağa başlayır. Ən azından bu səbəbdən irəli gələrək mədəniyyət özünün dövlət rəmzləri funksiyası ilə məhdudlaşmamalıdır.

Əlbəttə, mədəniyyət şoudan məhrum ola biləz. Mədəniyyətin cazibəsi elə bundan ibarətdir və məhz bu keyfiyyəti sayəsində o kütlələrin ağlını ələ keçirir. Hətta yaşamaq uğrunda mübarizə aparmaq üçün mədəniyyət şou elemetlərindən istifadə edə bilər və etməlidir də. Çünki ən azından qazanmaq lazımdır.

Lakin ideologiyanın və mədəni identikliyin itirilməsi müqabilində pul qazanmaq, yumşaq demək mümkündüsə qeyri-bərabər mübadilə hesab olunur. Bu cür ssenari bərpası mümkün olmayan nəticələrə gətirib çıxara bilər və belə səhvlərin cavabını gələcək nəsillər verməli olacaq.

 

Təkrar olsa da deməliyəm ki, bu gün "mədəniyyət" davamlı inkişafın mənbəyi kimi qəbul olunmalıdır. Mədəniyyətin yenidən qavranılması prosesinə istehlakçı yanaşmasından imtina etmək lazımdır və onun mövcudluğu üçün yaradıcı paradiqma yaratmağa cəhd göstərmək gərəkdir. Bu isə öz növbəsində ictimai şüurda mədəniyyətin rolunu yenidən mənalandırmağı nəzərdə tutur.

"Mədəniyyət" özünün funksional yükü ilə sabit inkişafın mənbəyi, bir növ müsbət dəyişikliklərin təbii mühərriki və artıq əldə olunmuş nəticələrin möhkəmləndirməsi üçün gözəl vasitə ola bilər. Bizi əhatə edən sosial-siyasi və iqtisadi reallıq sanki mədəniyyətin və mədəni hadisələrin qavranılması prosesini yenidən düşünməyə məcbur edir. Əks təqdirdə "mədəniyyət" öz əhəmiyyətini və aktuallığını itirmək riski ilə üzləşir.

Yeni mədəni stereotiplər və dəyərlər sistemi formalaşır, o cümlədən mənəviyyat öz məzmununu yenidən dəyişir. "Dəb" isə təhrif edilmiş yeni "sosial möhürlərin" meydana gəlməsinin və yayılmasının səbəbidir. Diqqət yetirin, bu "sosial möhürlər" qismən bizim sosial-mədəni davranışımızı müəyyənləşdirir.

Qloballaşma prosesləri vasitəsilə dünya ölkələrinə faktiki olaraq yeridilən total "demokratikləşmə" nəticəsində bu gün "bu insan mədəniyyətsizdir" ifadəsinin mənası itmiş, söz birləşməsi isə diqqətdən kənar qalmışdır. Mədəniyyətsiz olmaq artıq ayıb deyil, bu gün bu hadisəni "trend" adlandırırlar.

Eyni zamanda sosial reallığa çevrilmiş ictimai münasibətlərin kommersiyalaşdırılması prosesinə məhəl qoymamaq olmaz. Ona görə də "mədəniyyət" rəqabət etməyi bacarmalıdır. Bunun üçün isə o ilk növbədə bizim gənclərimiz üçün maraqlı olmalıdır.

"Mədəniyyət" bir növ sosial oriyentir olduğu halda öz siyasi potensialını həyata keçirməyə başlayır. Əks halda bizə yad olan hadisələr yetişməkdə olan gənc nəsil üçün ən dəyərli oriyentir olacaqdır. Nəticədə isə bizim tanıdığımız sosial-mədəni dəyərləri bölüşməyən və qəbul etməyən nəsil yetişəcəkdir.

Asif Usubəliyev

Siyasi elmlər üzrə fəlsəfə doktoru

 

Mənbə: Day.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR