Slimfit
  1. PSİXOLOGİYA

İdeal sevgili olmağın sirləri

İdeal sevgili olmağın sirləri
Sakura

İdeal sevgili olmağın sirləri

İdeal sevgili tapmaq, onunla hər baxımdan yaxşı münasibətlər qurmaq heç də asan deyil. İdeal sevgilini necə tapmalı? Subaylar daha çox bu mövzuya maraq göstərirlər.

Doktor Sari Loker, “Möhtəşəm Seks” adlı kitabında, subay insanlardan eşitdiyi ən böyük şikayəti qələmə alıb. “Hamı özləri üçün doğru olan birini tapa bilməməkdən şikayətlənir. Bir partnyor tapmaq asan deyil. Son təsəllinin şokolad olduğu kədərli, yalqız gecələrdən hər kəs öz payına düşəni götürür. Amma ümidinizi itirməyin. Kənarda sizin üçün ideal olanlar var. Yalqızlığa davam edin. Uyğun partnyor axtarışınızda, zamana və səy göstərməyə ehtiyacınız var. Mümkün olduqca çox insanla tanış olaraq işə başlayın” deyir.

Bu məqamlara diqqət yetirin!

Zəka: Bir-biriniz üçün kifayət qədər ağıllı olmalısınız.

Duyğu: Eyni duyğusal dəyərlərə sahib olmağınız lazımdır.

İş: Bənzər iş əxlaqına sahib olmalısınız.

Ailə: Bir-birinizin ailəsini qəbul etməlisiniz. Gələcəkdə necə bir ailəyə sahib olmaq istədiyiniz mövzusunda bənzər fikirlərə sahib olmağınız əlaqələrinizi inkişaf etdirər.

Mənəviyyat: Ya bir-birinizin dini inanclarını paylaşmalı, ya da fərqliliklərinizi qəbul etməlisiniz.

Həyat: Nə qədər və necə ictimailəşmək istədiyiniz mövzusunda bənzər düşüncələrə sahib olmanız lazımdır.

Pul: Bu mövzuda eyni fikirləri paylaşmalısınız.

Seks: Cinsi olaraq eyni şeyləri sevməli və birlikdə sekslə məşğul olmaqdan xoşlanmalısınız.

Siz necə bir sevgilisiniz?

Doktor Sari Lokerə görə, insanları necə cəlb etdiyinizi anlamağınız uyğun bir partnyor axtararkən sizə köməkçi ola bilər. Loker, adamın seksuallığını ifadə edə biləcəyi dörd fərqli yol olduğunu bildirir:

Romantik

Romantik bir seksuallıq sərgiləmək üçün sevgilinizə çiçək göndərin. Yataq otağını şamlarla bəzəyin. Sevgilinizi ətirli yağlarla masaj edin. Onunla həyatın mənası haqqında danışın. Ona sevimli heyvan adları deyin, eşq şeirləri yazın. Yuxu vaxtında bir-birinizə romantik hekayələr danışın. Romantik olmaq pərəstişkarlıq etməyin bir parçasıdır.

Təbii

Səy göstərərək əldə edə biləcəyiniz bir şey deyil. Buna sahibsiniz, ya da sahib deyilsiniz. Sadə bir cazibədarlıq istəyirsinizsə bu təbii seksuallıq xüsusiyyətlərini bir təcrübədən keçirin: Sevgilinizlə çılpaq üzün. Gözdən uzaq meşədə əl-ələ gəzişin. Tərli-tərli sekslə məşğul olun və bir neçə dəfə orgazm yaşayın. Birlikdə qəhqəhə çəkin, idman edin. Evdə çılpaq gəzişin. Heç düzəliş etmədən, nə düşünürsünüzsə onu söyləyin. “Səni sevirəm” deməkdən qorxmayın.

İşvəli

İşvəlisinizsə, bu əsil təhrik ünsürüdür. Partnyorunuza ağıllı zarafatlar edin. Hədiyyələrlə onu çaşdırın. Sevgilinizi əllərinizlə yedizdirin, qıdıqlayın. Qulağına xoş sözlər pıçıldayın. Telefonda sekslə məşğul olun, işvəli e-poçtlar göndərin. Bol-bol öpüşün və bol-bol əzizləyin. İşvəli olmaq çox əyləncəlidir və möcüzəli bir yoldur.

Erotik

Seksuallığın ən açıq formasıdır. Bayağı və ədəbsizdir, atəşlidir və şübhəsiz ki, seksualdır! Bunun üçün, cinsi eyhamlar daşıyan sözlər söyləyin. Bədən cizgiləriniz ortaya çıxaran paltarlar geyinin. Sevgilinizi təhrik etməkdən zövq alın. Yatarkən seksual alt paltarları geyinin.

 

Mənbə: Gencaile.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR