Slimfit
  1. ELM

İdeal şəraitdə insan nə qədər yaşaya bilər?

İdeal şəraitdə insan nə qədər yaşaya bilər?
Sakura

İdeal şəraitdə insan nə qədər yaşaya bilər?

XX əsr ərzində insan həyatının ömrünün davamlılığı uzanıb. Həyat şəraiti yaxşılaşır, tibb təkmilləşir və insan ömrü getdikcə arta bilər. Bu belədirmi? Deyəsən, yox.

Holland alimlər xəbər verir ki, insan həyatının davamlılığının sərhədini kəş ediblər, ən yaxşı qidalanma, həyat şəraiti və tibbi xidmətə baxmayaraq bundan yuxarı insan addım ata bilməz.

 70 min hollandiyalının məlumatlarını (onların ölüm anında yaşı dəqiq müəyyən olunmuşdu) analiz edərək Tilburq və Rotterdam Universitetinin statistika mütəxəssisləri qadının ideal şəraitdə hansı yaşa çata biləcəyini müəyyən ediblər. Bu 115,7 yaşdır.

Kişilərdə bu sərhəd bir az aşağıdır: araşdırmanı aparan üç alimdən biri professor Con Eynmalın dediyi kimi 114,1 yaş.  

“Orta hesabla insanlar çox yaşayır, lakin içərimizdə ən yaşlı olanlar son otuz ildə daha artıq yaşa bilməyiblər”, - Eynmal davam edir. – “Bu yaşda hansısa sərhəd mövcuddur. Əlbəttə ki, orta yaşama müddəti artıb, lakin maksimum dəyişməyib”.

Əlbəttə ki, istənilən qaydadan istisna var və bəzi insanlar bu sərhədi keçə bilər (dünyada ən yaşlı qadın Janne Kalmanın ölüm anında 122 yaşı (+164 gün) var idi, lakin əksər insanlar bu sərhədi keçə bilmir.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR