Slimfit
  1. CƏMİYYƏT

İdarə rəisi: "Rüfət yaralı olsa belə, xidmətini sonadək yerinə yetirdi”

İdarə rəisi: "Rüfət yaralı olsa belə, xidmətini sonadək yerinə yetirdi”
Sakura

İdarə rəisi: "Rüfət yaralı olsa belə, xidmətini sonadək yerinə yetirdi”

"Rüfət Vətən müharibəsində necə şücaət göstərmişdisə, dünənki hadisədə qəhrəmanlıq göstərdi, təslim olmadı, xidmətini sona qədər yaralı olsa belə, yerinə yetirdi".

Ens.Az-ın məlumatına əsasən,bunu "Report" a açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeli qurumu Hərbiləşdirilmiş Mühafizə İdarəsinin rəisi Ənvər Yusifov deyib.

O bildirib ki, R.Həşimov fəaliyyəti dövründə nümunəvi əməkdaş olub:

"Rüfət müharibədən sonra bizim idarədə fəaliyyətə başlamışdı. Çox cəsur, fədakar biri idi. Onu hansı sahəyə yönəltmişdiksə, həmişə işgüzarlığı ilə seçilmişdi.

Rüfətin ölümü bizim üçün ağır itki oldu. O, nümunəvi xidmətindən əlavə həm də kollektiv arasında xüsusi hörməti olan nümunəvi əməkdaş idi. Necə ki, müharibədə şücaət göstərmişdi, həmçinin dünən hadisə baş verən zaman da qəhrəmanlıq göstərdi, təslim olmadı, xidmətini sona qədər yaralı olsa belə yerinə yetirdi. Təəssüf, qatillərin gülləsinə qurban getdi. Rüfətə Allahdan rəhmət, yaxınlarına idarəmiz adından başsağlığı veririk. Şükür ki, hüquq-mühafizə orqanlarının əməkdaşları qatili zərərsizləşdirdi".

Qeyd edək ki, dünən Xətai rayonu ərazisində yerləşən hipermarketlərdən birindəki bankomatların olduğu ərazidə inkassasiya xidmətinə silahlı basqın nəticəsində həyatını itirmiş Həşimov Rüfət Rahib oğlu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeli qurumu Hərbiləşdirilmiş Mühafizə İdarəsinin əməkdaşı idi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu atın adı Shayne-dir. O dünyanın ən yaşlı atıdır. (Atların ömrü 25-30 ildir)

Redaktor seçimi

SON XƏBƏRLƏR