Slimfit
  1. TEXNOLOGİYA

İctimai yerlərdə “Wi-Fi” şəbəkəsindən istifadə ilə bağlı xəbərdarlıq

İctimai yerlərdə “Wi-Fi” şəbəkəsindən istifadə ilə bağlı xəbərdarlıq
Sakura

İctimai yerlərdə “Wi-Fi” şəbəkəsindən istifadə ilə bağlı xəbərdarlıq

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti ictimai yerlərdə “Wi-Fi” şəbəkəsindən istifadə edərkən diqqətli olmağa çağırıb.

Publika.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, ictimai yerlərdə “Wi-Fi” bağlantısı daha asan və rahat olsa da, bu, eyni zamanda, kompüterlərdə və telefonlarda saxlanılan fərdi məlumatlar üçün riskli ola bilər. Buna görə də ictimai yerlərdə “Wi-Fi” şəbəkəsindən istifadə edərkən təhlükəsizliyi təmin etmək üçün bəzi məqamları diqqətdə saxlamaq gərəkdir. Məsələn, “Wi-Fi” şəbəkələri üzərindən bank hesablarına və həssas fərdi məlumatlara daxil olmaq, onlayn alış-veriş etmək tövsiyə olunmur.

Bir çox kompüter və mobil telefonlarda simsiz olaraq avtomatik bir şəbəkədən digərinə qoşulmağa icazə verən qoşulma parametrləri mövcuddur ki, bu funksiya rahatlığı təmin etsə də, cihazların mühafizə olmayan şəbəkələrə qoşulmasına şərait yaradır. Kompüterdə və mobil telefonda bu avtomatik qoşulmanı söndürmək tövsiyə olunur. Bu, eləcə də “Bluetooth” qoşulmasına da aiddir. Belə ki, ictimai yerlərdə “Bluetooth” funksiyasının aktiv olması kibertəhlükəsizlik üçün böyük risklər yarada bilər. Bədniyyətli şəxslər açıq “Bluetooth” siqnallarından istifadə edərək, cihazınıza daxil ola və fərdi məlumatlarınızı oğurlaya bilər.

İctimai “Wi-Fi” şəbəkəsindən istifadə edərkən fərdi məlumatlarınızı mühafizə etmək üçün VPN xidmətindən istifadə edin. VPN ictimai “Wi-Fi” şəbəkəsi üzərindən göndərdiyiniz və ya aldığınız bütün məlumatları şifrləyir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR