Slimfit
  1. CƏMİYYƏT

İctimai nəqliyyatda maskaya görə cərimə olacaq? - RƏSMİ

İctimai nəqliyyatda maskaya görə cərimə olacaq? - RƏSMİ
Sakura

İctimai nəqliyyatda maskaya görə cərimə olacaq? - RƏSMİ

Daxili İşlər Nazirliyi tibbi maska taxmayan şəxslərin cərimələnəcəyi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Ens.az xəbər verir ki, Oxu.Az-ın xəbərinə görə, bu barədə DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov açıqlama verib.

O qeyd edib ki, bu gün bəzi xəbər saytlarında xüsusi karantin rejimi ilə bağlı Bakı şəhərində quraşdırılmış xüsusi polis postlarının sayının azaldılması və tətbiq edilən qaydaların yumşaldılması barədə məlumat yayılıb:

 

“Bildirirəm ki, qeyd olunan məlumat tamamilə əsassızdır və reallığı əks etdirmir. Belə ki, Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən 4 may 2020-ci ildən ölkə ərazisində, o cümlədən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda tətbiq edilən qayda və qadağalarda heç bir dəyişiklik və ya yumşaltma yoxdur.

Məlumat üçün qeyd edim ki, gündəlik olaraq Daxili İşlər Nazirliyi tərəfindən mövcud şərait və vəziyyət təhlil edilir və nəticəsindən asılı olaraq quraşdırılmış nəzarət postlarının yerinin dəyişdirilməsi, orada xidmət aparan polis əməkdaşlarının sayının artırılıb və ya azaldılması barədə qərar qəbul edilə bilər.

Bu da o anlama gəlməməlidir ki, karantin rejimi ilə əlaqədar quraşdırılmış nəzarət postu ləğv edilib”.

 

“Odur ki, vətəndaşlardan bir daha ciddi zərurət olmadan yaşayış ünvanını tərk etməmək, eyni zamanda, müvafiq icazə ilə evdən çıxan hər bir şəxsdən mütləq qaydada tibbi maskadan istifadə etmək və iki metrlik sosial izolyasiya məsafəsini saxlamaq tələb olunur”, - deyə E.Zahidov əlavə edib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR