Slimfit
  1. GÜNDƏM

İctimai nəqliyyat artıq həftəsonları da işləyəcək

İctimai nəqliyyat artıq həftəsonları da işləyəcək
Sakura

İctimai nəqliyyat artıq həftəsonları da işləyəcək

Azərbaycanda həftəsonu ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması ilə bağlı məhdudiyyətin ləğv olunması barədə qərar qüvvəyə minib.

Ens.az BiG.AZ-a istinadən xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah sentyabrın 24-də qərar qəbul edib.

Qərara uyğun olaraq sabahdan (oktyabrın 2-si şənbə gününə təsadüf etdiyindən - red) etibarən şənbə və bazar günləri ictimai nəqliyyatda və metroda sərnişinlərin daşınması adi qaydada davam etdiriləcək.

Bununla yanaşı, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu arasında müntəzəm sərnişindaşıma istisna olmaqla, ölkənin şəhər və rayonlarından dəmir yolu nəqliyyatı və avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları (taksi minik avtomobilləri ilə sərnişin daşımaları istisna olmaqla) həyata keçirilərkən yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, sərnişinlərdən 1 oktyabr tarixindən etibarən COVID-19-a qarşı birinci doza, 1 noyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunacaq.

Xatırladaq ki, daha əvvəl ictimai nəqliyyatda və metroda sərnişindaşıma fəaliyyətinin dayandırılması müddəti noyabrın 1-i saat 06:00-dək uzadılmışdı.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR