Slimfit
  1. CƏMİYYƏT

İctimai ekoloji ekspertizanın keçirilməsinə yol verilməyən hallar müəyyənləşib

İctimai ekoloji ekspertizanın keçirilməsinə yol verilməyən hallar müəyyənləşib
Sakura

İctimai ekoloji ekspertizanın keçirilməsinə yol verilməyən hallar müəyyənləşib

Qaydaya əsasən, ictimai ekoloji ekspertiza dövlət ekoloji ekspertizasının həyata keçirilməsindən asılı olmayaraq, ictimai ekoloji ekspertizanın təşkilatçılarının təşəbbüsü ilə təşkil olunur və həyata keçirilir. İctimai ekoloji ekspertiza fiziki şəxslər, qeyri-hökumət təşkilatları, vətəndaşların təşəbbüs qrupları və bələdiyyələrin məhəllə komitələri tərəfindən “Ətraf mühitin mühafizəsi haqqında” qanun və bu Qaydanın tələbləri nəzərə alınmaqla aparılır. İctimai ekoloji ekspertiza ictimaiyyətlə məsləhətləşmələrin keçirilməsi və vətəndaşların məlumatlandırılması məqsədilə aidiyyəti dövlət orqanlarının (qurumlarının) səlahiyyətli nümayəndələrinin, vətəndaş cəmiyyəti institutlarının, mütəxəssislərin və ekspertlərin iştirakı ilə aparılır.

İctimai ekoloji ekspertizanın təşkilatçıları ekoloji ekspertizanın keçirilməsi vaxtı və müddəti, rəy, irad və təkliflərin təqdim olunması qaydası, onlara baxılması və nəticələrin açıqlanacağı müddətlər barədə məlumatları kütləvi informasiya vasitələrində yerləşdirirlər. İctimai ekoloji ekspertizanın təşkilatçıları ekoloji ekspertiza obyektinə dair verilən rəy, irad və təkliflərlə digər istifadəçilərin tanış olması üçün imkan yaradırlar. Aidiyyəti dövlət orqanlarının (qurumlarının), vətəndaş cəmiyyəti institutlarının və ayrı-ayrı vətəndaşların təklifi və ya təşəbbüsü əsasında ictimai ekoloji ekspertizanın təşkilatçıları ekoloji ekspertiza obyektinə dair ictimai ekoloji ekspertizanı “İctimai iştirakçılıq haqqında” qanununun tələblərinə uyğun olaraq həyata keçirə bilərlər. Bu halda ictimai ekoloji ekspertizanın təşkilatçıları ictimai dinləmə və müzakirənin vaxtı, müddəti, mövzusu, keçiriləcəyi yer, keçirilməsi qaydası və nəticələrin açıqlanacağı müddətlər barədə məlumatları kütləvi informasiya vasitələri ilə yayırlar. Belə müzakirədə aidiyyəti dövlət orqanlarının (qurumlarının) və bələdiyyələrin səlahiyyətli nümayəndələrinin, mütəxəssislərin və ekspertlərin iştirakının təmin edilməsi məqsədilə ictimai ekoloji ekspertizanın təşkilatçıları tərəfindən yığıncağın keçirilməsi vaxtı və yeri göstərilməklə rəsmi dəvət göndərilir.

İctimai ekoloji ekspertizanın təşkilatçılarının vəzifələri aşağıdakılardır:

- ictimai ekoloji ekspertizanın həyata keçirilməsi zamanı “Ətraf mühitin mühafizəsi haqqında” qanununun tələblərinə riayət etmək;

- ictimai ekoloji ekspertizanın nəticələri barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Ekoloji Ekspertiza Agentliyinə, yerli icra hakimiyyəti orqanına, bələdiyyəyə, planlaşdırıcı orqana və sifarişçiyə məlumat vermək.

İctimai ekoloji ekspertizanın təşkilatçıları aşağıdakı hüquqlara malikdirlər:

- sifarişçidən ekoloji ekspertizanın obyektinə dair sənədləri tam həcmdə almaq;

- ekoloji ekspertizanın keçirilməsinə dair tələbləri müəyyən edən normativ hüquqi aktlarla və texniki normativ hüquqi aktlarla tanış olmaq;

- ekoloji cəhətdən zərərli obyektlərin yerləşdirilməsinə, tikintisinə və istismarına dair qərarların ləğv edilməsi, onların fəaliyyətinin məhdudlaşdırılması, dayandırılması və ya dəyişdirilməsi barədə aidiyyəti qurumlara müraciətlər etmək.

İctimai ekoloji ekspertiza dövlət ekoloji ekspertizasından əvvəl və ya onunla eyni vaxta keçirilir. İctimai ekoloji ekspertizanın təşkilatçıları Agentliyi, yerli icra hakimiyyəti orqanını və bələdiyyəni ictimai ekoloji ekspertizanın keçirilməsinə 5 gün qalmış ekoloji ekspertizanın keçirilməsi yeri və vaxtı barədə yazılı məlumatlandırmalıdırlar. İctimai ekoloji ekspertiza açıq keçirilir. Fəaliyyət qabiliyyətinə malik istənilən vətəndaş və vətəndaş cəmiyyəti institutları ictimai ekoloji ekspertizanın keçirilməsində iştirak edə və müzakirə olunan məsələlər barədə öz mülahizələrini bildirə bilərlər. Ekoloji ekspertiza obyektləri “Dövlət sirri haqqında” qanuna uyğun olaraq dövlət sirri təşkil edən məlumatlara və ya qanunla qorunan digər məlumatlara aid edildikdə, ictimai ekoloji ekspertizanın keçirilməsinə yol verilmir və bu barədə Agentlik tərəfindən ictimai ekoloji ekspertizanın təşkilatçılarına ictimai ekoloji ekspertizanın keçirilməsinə 3 gün qalmış yazılı məlumat verilir.

İctimai ekoloji ekspertizanın təşkilatçıları ictimai ekoloji ekspertizanın keçirilməsi zamanı vətəndaş cəmiyyəti institutlarının, mütəxəssislərin və ekspertlərin ekoloji ekspertiza obyektinə dair əsaslandırılmış rəy, irad və təkliflərini müzakirə edir və onların əsasında ictimai ekoloji ekspertizanın rəyini hazırlayır. İctimai ekoloji ekspertizanın rəyi onun təşkilatçıları tərəfindən ən geci 3 iş günü müddətində Agentliyə, yerli icra hakimiyyəti orqanına, bələdiyyəyə, planlaşdırıcı orqana və sifarişçiyə təqdim edilir, habelə kütləvi informasiya vasitələri ilə ictimaiyyətə çatdırılır. İctimai ekoloji ekspertizanın rəyi tövsiyə xarakteri daşıyır və ictimai ekoloji ekspertizanın nəticələrinə dair sənəddir. Agentlik ictimai ekoloji ekspertizanın rəyinə “Vətəndaşların müraciətləri haqqında” qanuna uyğun olaraq baxır və ətraf mühitə təsirlərin yol verilə bilən həddi barədə əsaslı nəticələrdən ibarət ictimai ekoloji ekspertiza rəyi dövlət ekoloji ekspertizası zamanı nəzərə alınır.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR