Slimfit
  1. AZƏRBAYCAN

İcra Hakimiyyəti: Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Xocalı parkında hazırlıq işlərinə başlanılıb

İcra Hakimiyyəti: Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Xocalı parkında hazırlıq işlərinə başlanılıb
Sakura

İcra Hakimiyyəti: Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Xocalı parkında hazırlıq işlərinə…

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar paytaxtın Xətai rayonunda yerləşən "Ana fəryadı" abidəsinin yerləşdiyi parkda hazırlıq işlərinə başlanılıb.

Bu barədə Trend-ə Xətai Rayon İcra Hakimiyyəti (RİH) Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov məlumat verib. Şöbə müdiri bildirib ki, tədbirlər planına əsasən abadlıq və yenidənqurma işləri aparılır:

“Xocalı soyqırımınına həsr olunan “Ana harayı” abidə kompleksi və kompleksin yerləşdiyi təqribən 1000 metrlik uzunluğu, 25 metr eni olan parkda bir sıra işlər görülür. Vaxtı ötmüş bitki və kollar çıxarılaraq əvəzinə 300 ədəd dekorativ ağac və kollar əkilib, lazımi yerlərə torpaq qatı tökülüb. Küçəboyu bəzi yerlərdə aqlay daşları dəyişdirilib, divarlara Xocalı soyqrımını əks etdirən fotobannerlər vurulur. Həmçinin işıqlandırma sisteminə baxış keçirilərək problemlər aradan qaldılıb".

P.İmanov qeyd edib ki, anım günü ziyarətçilərin gediş-gəlişini təmin etmək məqsədilə parkın ətrafında da abadlıq işləri həyata keçirilir: "Hazırlıq tədbirləri Yusif Səfərov, Afiyəddin Cəlilov və Nəcəfqulu Rəhimov küçələrində aparılır. Artıq məktəblilər və bir neçə idarə işçiləri abidəni ziyarət etməyə başlayıblar. Abadlıq və yenidənqurma işlərinin fevralın 23-24-də yekunlaşdırılması nəzərdə tutulur".

Qeyd edək ki, Azərbaycan xalqının qan yaddaşı - Xocalı soyqırımınına həsr olunan “Ana harayı” abidə kompleksi 1993-cü ildə inşa edilib. Hər il fevralın 26-da Xocalı soyqırımının ildönümü ilə əlaqədar abidəni minlərlə insan ziyarət edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR