İcra başçısı İsmayıllıda sığorta problemindən danışdı: Elə dağ evləri var ki, sənədləri yoxdur
İsmayıllıda sığortalanmayan evlərin sayı 80 faizdən çoxdur.
Trend-in məlumatına görə, bunu Ağsu, İsmayılllı və Şamaxı rayonlarında fevralın 5-də baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülmüş işlərə dair 3 aylıq hesabat brifinqi zamanı İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov deyib.
Onun sözlərinə görə, sığorta məsələsi hazırda başlıca problemdir: "Hər bir insan evini sığortalamalıdır. Dəymiş ziyanın ödənilməsi üçün fond olmalıdır. Elə dağ evləri var ki, onların sənədləri yoxdur. Vaxtilə ata-analarının adına olub. İndi onlar dünyasını dəyişib, övladlarının isə sənədləri yoxdur. Əmlak Məsələləri Dövlət Komitəsi, “ASAN Xidmət”in dəstəyi ilə vətəndaşlarımız evlərin sığortalanmasında fəal olmalıdır."
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət