Slimfit
  1. AZƏRBAYCAN

İcra başçısı hesabat yığıncağı keçirib

İcra başçısı hesabat yığıncağı keçirib
Sakura

İcra başçısı hesabat yığıncağı keçirib

Qaradağ Rayon İcra Hakimiyyətinin 2018-ci ildə rayonun sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

Qafqazinfo” xəbər verir ki, yığıncağın işində Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, Prezident Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Şuranın üzvləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri, müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Yığıncaq iştirakçıları ilk öncə 2018-ci ildə rayonun sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan filmi seyr ediblər.

Süleyman Mikayılov qeyd edib ki, 2018-ci ilin ən mühüm hadisəsi ölkə Prezidenti İlham Əliyevin Qaradağ rayonuna səfərləri olub. Bu səfərlər Qaradağ rayonunda bir çox sahələrdə müasir infrastrukturun yaradılması ilə əlamətdar olub, dövlət başçısı yanvarın 9-da Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində RO-RO terminalının, mayın 14-də Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin, mayın 24-də məcburi köçkünlər üçün salınmış "Qobu Park" yaşayış komplek-sinin və yeni istifadəyə verilən Lökbatan-Qobu avtomobil yolunun, mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin, avqustun 1-də Lökbatan qəsəbə-sində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində və avqustun 13-də Lökbatan qəsəbəsində Abşeron Logistika Mərkəzinin açılışlarında iştirak edib. 

Rayon üzrə iqtisadiyyatın bütün sahələrində mövcud olan artım dinamikası saxlanılıb, sənaye sahəsində 2018-ci ildə 1 milyard 793 milyon 70 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 16 faiz çox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilib, iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 700 milyon 993 min manat məbləğində investisiya yönəldilib, 2169 yeni daimi iş yeri açılıb. 

İlham Əliyevin 2011-ci il 6 aprel tarixli Sərəncamına müvafiq olaraq ehtiyat fondundan ayrılmış maliyyə vəsaiti hesabına rayonun Qobustan qəsəbəsindəki 17 saylı birləşmiş şəhər xəstəxanası müasir tələblər səviyyəsində yenidən qurulub və ən yeni texnoloji avadanlıqlarla təchiz edilərək cari ilin 14 yanvar tarixində İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilib. Rayon mənzil-kommunal təsərrüfatı, su-kanal, enerji təchizatı və satışı, qaz və istilik xidməti müəssisələrinin işi daim RİH-in nəzarətində saxlanılıb, yaranmış çətinlik və problemlərin aradan qaldırılmasına operativ kömək göstərilib. 

 



Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR