Slimfit
  1. CƏMİYYƏT

İcra başçısı “EuroHome”un sahibkarları ilə görüşür

İcra başçısı “EuroHome”un sahibkarları ilə görüşür
Sakura

İcra başçısı “EuroHome”un sahibkarları ilə görüşür

Dünən Bakı-Sumqayıt yolunda yerləşən “EuroHome” tikinti materialları bazarında baş verən yanğından sonra sahibkarlara dəyən külli miqdarda ziyanın taleyi ilə bağlı müzakirələr aparılır.

Qafqazinfo”nun verdiyi xəbərə görə, hazırda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev yanğın baş verən ərazidədir. İcra başçısı yanğında zərərçəkən sahibkarlarla görüşüb və müzakirələr aparır. Hazırda görüş davam edir.

Məlumata görə, görüşdə obyektin və sahibkarların mallarının sığorta olunub-olunmaması, dəyən ziyanın məbləği və onlara ödəniləcək kompensasiya məsələsi müzakirə olunur. Bu görüşün nəticəsindən sonra rəsmi qurumlarla danışıqlar aparılacaq və qanunauyğun olaraq kompensasiya verilib-verilməməsi, veriləcəyi təqdirdə məbləğin nə qədər olmasına qərar veriləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR