Slimfit
  1. CƏMİYYƏT

İcra başçıları nə qədər maaş alır?

İcra başçıları nə qədər maaş alır?
Sakura

İcra başçıları nə qədər maaş alır?

Azərbaycanda icra başçılarının maaşları onların rəhbərlik etdiyi ərazidən asılı olaraq dəyişir.

Oxu.Az-ın məlumatına görə, icra başçılarının maaşları Prezident İlham Əliyevin 2018-ci ilin 13 martında imzaladığı sərəncamla müəyyənləşir.

Həmin sərəncamla Prezidentin “Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi haqqında” 2004-cü il 10 avqust tarixli, 348 nömrəli sərəncamı dəyişdirilib.

Sərəncama əsasən, icra başçısının Bakı şəhəri üzrə maaşı 1925 manat məbləğində müəyyən olunub.

Gəncə və Sumqayıt şəhərləri üzrə isə bu rəqəm 1280 manat təşkil edir.

Şəhər, rayon və şəhər rayonu üzrə icra başçılarının maaşı əhali sayına uyğun olaraq müəyyənləşir.

Belə ki, əgər icra başçısı əhalisi 100 min nəfərdən çox olan əraziyə rəhbərlik edirsə, onun maaşı 1045 manatdır.

Əhalisi 50 min-100 min nəfər olan ərazinin icra başçısı isə 990 manat maaş alır.

Əhalisi 50 min nəfərdən az olan ərazilərin icra başçıları isə daha az əməkhaqqı alırlar. Onların məvacibi 880 manatdır.

Qeyd edək ki, fevralın 20-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla Neftaçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin saxlanılması barədə məlumat yayılıb. 

Yerli mediada isə yazılır ki, saxlanılanlar arasında Neftçalanın icra başçısı İsmayıl Vəliyev də var. Onun rüşvət alarkən saxlanıldığı bildirilir.

Fevralın 20-də Prezident İlham Əliyevin sərəncamı ilə İsmayıl Vəliyev icra başçısı vəzifəsindən azad edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR