Slimfit
  1. AZƏRBAYCAN

İcma rəhbəri: Qarabağdakı xristian-katolik və pravoslav kilsələri erməniləşdirilir

İcma rəhbəri: Qarabağdakı xristian-katolik və pravoslav kilsələri erməniləşdirilir
Sakura

İcma rəhbəri: Qarabağdakı xristian-katolik və pravoslav kilsələri erməniləşdirilir

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətində Azərbaycanda fəaliyyət göstərən dini icmaların rəhbər və nümayəndələri ilə görüş keçirilib.

Trend-in məlumatına görə, görüşdə Rus Pravoslav kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyası pravoslav dini təşkilatı, Bakı Dağ Yəhudiləri dini icması, Roma-Katolik Kilsəsinin Apostol Prefekturası, Avropa Yəhudilərinin Bakı dini icması və Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının rəhbərləri iştirak ediblər.

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Gəncəliyev bildirib ki, dünyada baş verən terror hadisələrinin fonunda Azərbaycanda stabillik hökm sürür.

O qeyd edib ki, Ermənistan Azərbaycanın tarixi torpaqlarını hələ də işğal altında saxlayır: "Hələ işğaldan əvvəl Dağlıq Qarabağ Muxtar Vilayətində müxtəlif dini icmaların nümayəndələri mehriban şəkildə yaşayıblar. Ermənilər 1992-ci ildə Şuşa şəhərini işğal etdikdən sonra oradakı rus-pravoslav kilsəsini erməni qriqoryan kilsəsinə çeviriblər. Digər tərəfdən, Şuşadakı tarixi "Mamayi" məscidindən kilsə kimi istifadə edib, orada dini ayinlər icra edirlər. Bundan əlavə, xristian-katolik kilsələri də erməniləşdirilib. Ermənistan özünü "birinci xristian ölkəsi" kimi dünyada tanıtmağa çalışır. Özünü belə hesab edən dövlətə məscidləri, kilsələri dağıtmaq yaraşarmı?! Azərbaycan müxtəlif dini icmalara, o cümlədən ermənilərə aid abidələri qoruyub saxladığı halda ermənilər işğal altında olan ərazilərimizdə xalqımıza aid qədim məscidləri, qəbiristanlıqları, ziyarətgahlarımızı dağıdırlar".

T.Gəncəliyev dini icma rəhbərlərini ermənilərin bu vandalizim aktlarına səssiz qalmamağa çağırıb.

Rus Pravoslav kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyası pravoslav dini təşkilatının keşişi Konstantin Pominov bildirib ki, Şuşada yerləşən rus-pravoslav kilsəsinə müdaxilə etmələri barədə onlara məlumamat verməyiblər: "Qarabağ Azərbaycanın torpağıdır. Oradakı rus-pravoslav kilsələri də Rus Pravoslav kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasına tabedir. Ermənilər Bizans imperiyasının tərkibində yaşayıblar".

Görüş bir sıra məsələlərin müzakirəsi ilə başa çatıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR