Slimfit
  1. CƏMİYYƏT

İçində 45 ailə yaşayan bina sökülür

İçində 45 ailə yaşayan bina sökülür
Sakura

İçində 45 ailə yaşayan bina sökülür

Binəqədi rayonu, Koroğlu Rəhimov küçəsi 53 a ünvanında 45-ə yaxın ailənin yaşadığı bina sökülür. Özü də elə sakinlər yaşaya-yaşaya.

Baku.TV xəbər verir ki, qəzalı vəziyyətdə olan binanın sökülməsi üçün Binəqədi rayon icra hakimiyyəti tərəfindən sakinlərə 30 kvm-ə görə 30 min manat təklif edilib. Sakinlər isə təklif olunan məbləğlə razılaşmır, həmin ərazidən yeni ev tələb edirlər.

Bina sakinləri bildirirlər ki, çıxıb gedək deyə tez-tez işığımızı, suyumuzu kəsirlər, təhlükə altında yaşayırıq. Sakinlər bir neçə dəfə şikayət etsələr də, Binəqədi rayon icra hakimiyyətindən bildiriş göndərilərək verilən məbləğlə razılaşmayacaqları təqdirdə onlara məsələnin məhkəmə yolu ilə həll ediləcəyi deyilib.

Problemlə bağlı Binəqədi rayon icra hakimiyyətinin əməkdaşı Kənan Kərimovun cavabı isə belə oldu

“Binada yaşayan bir çox ailələr artıq tam köçürülüblər. Hazırda isə digər sakinlərlə razılaşma işləri aparılır”.

Biz isə ümid edirik ki, problem hər iki tərəfin razılığı ilə, qanuni şəkildə öz həllini tapacaq.

Sail Ağasəlim

Elgün Hümbətov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR