Dərc edildi: Baxış sayı: 250
İçərişəhərdə söyüş söyən şəxsə bu cəza verildi
İçərişəhərdə bir nəfərin ictimai qaydanı pozaraq yüksək səslə söyüş söydüyü bildirilir.
Ens.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ittihama əsasən, 52 yaşlı H.Rəhimov hər kəsin eşidəcəyi şəkildə nalayiq ifadələr işlədib, ətrafdakı insanların təpkisinə baxmayaraq səsini alçaltmayıb.
O, əməlinə görə polis əməkdaşı tərəfindən şöbəyə dəvət olunarkən tabesizlik göstərib, ictimai qaydanı pozmağa davam edib. H.Rəhimov barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə qəsdən tabesizlik göstərmə) maddəsi ilə protokol tərtib olunub.
Səbail Rayon Məhkəməsinin qərarı ilə ona 200 manat cərimə cəzası kəsilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət