Slimfit
  1. AZƏRBAYCAN

İçərişəhərdə bunu edənlər cəzalandırılmalıdır - Qocayev

İçərişəhərdə bunu edənlər cəzalandırılmalıdır - Qocayev
Sakura

İçərişəhərdə bunu edənlər cəzalandırılmalıdır - Qocayev

İçərişəhərdə son günlər aparılan işlərin görüntülərindən də aydın olur ki, qoruğun qala divarlarına zərər vurublar. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti bunu edən şəxsləri cəzalandırmalıdır.

Bu sözləri Kult.az-a açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin keçmiş müdiri, tanınmış inşaatçı Cahangir Qocayev deyib. O bildirib ki, İçərişəhərdə aparılan işlərin layihəsi olmalıdır:

 

“Bu layihələrdə qala divarlarına zərər vura biləcək bütün işlər qadağandır. Hazırda orada gedən işlər isə qala divarlarına zərər vurub. İçərişəhər tarixi abidələr siyahısına daxildir. Orada abidələrin qorunması, mühafizəsi təmin olunmalıdır”.

Qeyd edək ki, bir neçə gündür sosial şəbəkələrdə İçərişəhər dövlət tarix-memarlıq qoruğunun qala divarlarına zərər vuran işlərin aparılması ilə bağlı görüntülər yayılıb. Artıq Feysbukda buna qarşı böyük kampaniya başladılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR