Slimfit
  1. AZƏRBAYCAN

“İçərişəhər” rəsmisi tarixi məkanda restoranların fəaliyyətinə münasibət bildirib

“İçərişəhər” rəsmisi tarixi məkanda restoranların fəaliyyətinə münasibət bildirib
Sakura

“İçərişəhər” rəsmisi tarixi məkanda restoranların fəaliyyətinə münasibət bildirib

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov tarixi məkanda restoranların fəaliyyət göstərməsinə münasibət bildirib.

"Report" xəbər verir ki, sədr jurnalistlərə açıqlamasında dünyanın heç bir yerində tarixi abidələrin ərazisində yerləşən restoranların sayını tənzimləyən qaydanın olmadığını deyib.

Ə.Ələkbərov qeyd edib ki, istənilən tarixi ərazidə prioritet məsələ onun mühafizəsidir: "Abidəyə zərər vermədən ərazidə restoran, suvenir dükanları, digər iaşə obyektləri fəaliyyət göstərə bilər. Ona görə də bu cür tarixi abidələr yerləşən ərazilərdə restoranların olması normaldır".

Onun sözlərinə görə, Kiçik Qala küçəsində yerləşən restoranların təmir-bərpa işləri iyun ayının sonuna yekunlaşacaq. Əvvəllər qala divarları boyu taxta konstruksiyalar olan restoranlar fəaliyyət göstərib. Hazırda bu restoranlar şüşə-dəmir konstruksiya ilə əvəz olunur".

Ə.Ələkbərov vurğulayıb ki, taxta konstruksiyalarda vaxt keçdikcə çürümə gedir və görünüşcə də o qədər ürəkaçan deyildi: "Eyni zamanda heç bir restoranda sanitar qovşaqları yox idi. Restoranların mətbəxlərində olan avadanlıqlar köhnəlmişdi. Buna görə də həm sanitar qovşaq əlavə etmək, həm də mətbəxlərdəki avadanlıqları dəyişmək üçün mövcud təmir-bərpa işləri aparılır. Qala divarı boyu yerləşən dəmir-şüşə konstruksiyaların Qala divarı ilə arasındakı məsafəni Qoruq İdarəsi müəyyənləşdirir. Bu tikililər sökülə bilən olduğu üçün Qala divarı ilə arasındakı məsafə 40-60 sm arasında dəyişir". 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Süleyman Rüstəmin bacısı yazıçı Cəlal Bərgüşadın həyat yoldaşı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR