Slimfit
  1. AZƏRBAYCAN

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi tender elan edir

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi tender elan edir
Sakura

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi tender elan edir

çərişəhər Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi Mənzil Kommunal və Təmir Xidməti AÇIQ TENDERƏ DƏVƏT EDİR:
Tender 3 lot üzrə keçirilir::

lot 1 - İçərişəhər ərazisində Kiçik Qala 19-21 ünvanlarında 4 ədəd iaşə - restoran tipli metal konstruksiyalı obyektlərin hazırlanması və quraşdırılması işləri
lot 2 - Qoşa Qala qapısının girişində 2 ədəd köşklərin hazırlanması və quraşdırılması işləri
lot 3 - İçərişəhər ərazisində sanitar qovşağların tikilməsi işləri

 

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı, İçərişəhər, Maqomayev döngəsi 9/6 (Əlaqələndirici şəxs :Mahir Əhmədov, telefon :(012) 492-24-27) ünvanından ala bilərlər .

İştirak haqqı

lot 1 - 150 manat 
lot 2 - 150 manat 
lot 3 - 150 manat 

Hesab: AZ03AIIB33050019443600287106
VÖEN 1700774621
Bank: Kapital Bank İçərişəhər filialı 
Kodu: 200060
VÖEN: 9900003611
M/H: AZ37NABZ01350100000000001944
S.W.İ.F.T: AİİBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  8. İddiaçının tam adı hüquqi statusunizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  10. Digər sənədlər: analoji işlərin yerinə yetirilməsinə dair iddiaçının potensial imkanları haqqında məlumat və Dövlət Sosial Müdafiə Fonduna borcun olub- olmamasına dair arayış

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır). 
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2018-10-11 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2018-10-22 17:00qədər Bakı, İçərişəhər, Maqomayev döngəsi 9/6 ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri Lot 1: 2018-10-24; Lot 2: 2018-10-25; Lot 3: 2018-10-26 11:00 tarixində Bakı şəhəri, İçərişəhər, 9-cu Maqomayev döngəsi, 6 nömrəli ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI

Mənbə: Fins.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Tısbağanı xilas etdi

Redaktor seçimi

SON XƏBƏRLƏR