Dünyada hər il 26 milyon insan tif xəstəliyinə yoluxur
Daha çox yay və payız aylarında müşahidə edilən tif xəstəliyi sıradan bir xəstəlik kimi qəbul edilsə də, əslində ürəyə, beyinə, ağ ciyərlərə, qaraciyərə, göz və qulaq sinirlərinə təsir edərək pis nəticələrə yol açır.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, bakterial xəstəlik olan tif xəstəliyi çirkli su içməkdən və yetəli qədər gigienik qaydalara əməl edilmədən hazırlanan qidalardan əmələ gəlir. Salmonella Typhi adlı bakteriya tərəfindən əmələ gələn xəstəlik yoluxucudur. Xəstəlik temperaturun qalxması, qarın ağrısı, baş ağrısı və iştahın itməsinə səbəb olur. Tif xəstəliyi vaxtında aşkarlandığı zaman müalicəyə edilir və sağalır. Sağalmayan tif xəstəliyi sağlamlıq üçün təhlükəlidir. Tif insandan insana keçən xəstəlikdir.
Xəstəliyin əlamətləri infeksiyadan 1-2 həftə sonra da müşahdiə edilə bilər.
Əsas əlamətlər yüksək hərarət, zəiflik, qarın ağrısı, baş ağrısı, iştahasızlıq, yorğunluq, qəbizlik və ya ishal, yorğunluqdur.
Xatırladaq ki, tif olub sağalan şəxs xəstəliyi başqalarına keçirə bilər.
Dünyada hər il 26 milyon insan tif xəstəliyinə yoluxur.
Tifdən qorunmaq üçün içdiyiniz suyun təmizliyinə əmin olmalısınız. Güvənmədiyiniz sulardan istifadə etməyin. Qəbul etdiyiniz meyvə-tərəvəz yaxşı yuyulmalı, şəxsi gigiyenaya önəm verilməlidir. Açıq satılan süd, pendir və s. bu kimi qidalar bakteriya daşıyıcısıdır. Tez-tez səyahət edən insanlar da tifə qarşı diqqətli olmalıdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət