Slimfit
  1. CƏMİYYƏT

İcbari tibbi sığorta xidməti verən özəl müəssisələrin sayı arta bilər - RƏSMİ

İcbari tibbi sığorta xidməti verən özəl müəssisələrin sayı arta bilər - RƏSMİ
Sakura

İcbari tibbi sığorta xidməti verən özəl müəssisələrin sayı arta bilər - RƏSMİ

“İcbari tibbi sığortanın tətbiq edildiyi regionlar üzrə özəl tibb müəssisələri ilə müqavilələrimiz mövcuddur”.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova məlumat verib.

O bildirib ki, əsasən Bakı və Gəncə şəhəri üzrə özəl tibb müəssisələri ilə müqavilələr bağlanıb:

“Respublikamızda fəaliyyət göstərən böyük tibb müəssisələrinin əksəriyyəti ilə müqavilələr mövcuddur. Biz müqavilələri həmin özəl müəssisələrlə bağlayırıq ki, orada həm ambulator, həm də stasionar xidmətlər göstərilsin”.

Agentliyin idarə heyətinin sədri Zaur Əliyev əlavə edib ki, Mərkəzi Klinika, Respublika Diaqnostika Mərəzi, Mərkəzi Gömrük Hospitalı kimi tibb müəssisələri ilə icbari tibbi sığorta xidmətlərinin təmin edilməsi üzrə müqavilələr mövcuddur:

“Hazırda biz vətəndaşlarımızı həmin müəssisələrə yönləndiririk. Ehtiyaca uyğun olaraq gələcəkdə öz tibb müəssisələrimizdə ala bilmədiyimiz xidmətlər üzrə digər xəstəxanalarla yeni müqavilələr bağlaya bilərik ”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR