Slimfit
  1. SİYASƏT

İcazəsiz “qayıb” alan deputatların adları ictimailəşdiriləcək

İcazəsiz “qayıb” alan deputatların adları ictimailəşdiriləcək
Sakura

İcazəsiz “qayıb” alan deputatların adları ictimailəşdiriləcək

Milli Məclisin komitə və plenar iclaslarında üzrsüz səbəblərdən iştirak etməyən deputatların adları ictimailəşdiriləcək.

Oxu.Az-ın məlumatına görə, bu, Milli Məclisin Daxili Nizamnaməsinin tələbləridir. Nizamnamənin 48-ci maddəsinə əsasən, Milli Məclisin parlamentdaxili məsuliyyətə cəlb edilmiş deputatları haqqında məlumatlar “Azərbaycan” qəzetində dərc olunur.

Bundan başqa, Milli Məclisinin Aparatı tərəfindən başqa kütləvi informasiya vasitələrinə təqdim edilir. Sənəddə yazılır ki, “Azərbaycan” qəzetində hər ay Milli Məclisin növbəti sessiyaları dövründə parlamentin və onun komitə iclaslarını üzrsüz səbəbdən buraxan deputatların adları dərc olunur.

Qeyd edək ki, martın 5-də Konstitusiya Məhkəməsi Milli Məclisə növbədənkənar seçkilərin nəticələrini təsdiqləyib.

Xatırladaq ki, seçkilərlə əlaqədar dörd seçki dairəsinin nəticələri etibarsız sayılıb. Bunlar 33 saylı Xətai Birinci, 35 saylı Xətai Üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan Seçki dairələridir. Buna görə də, yeni çağırış Milli Məclisə 121 deputat təsdiqlənib.

Mərkəzi Seçki Komissiyasının qərarları ilə 125 seçki dairəsi üzrə 87 məntəqə buraxılıb, 328 məntəqənin nəticələri ləğv edilib. 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala müharibələri, 1915 İbadət üçün düzəldilmiş məscid və güllə qutularından hazırlanan minbər

Redaktor seçimi

SON XƏBƏRLƏR