Slimfit
  1. CƏMİYYƏT

İcazə xidməti ilə bağlı yenilik - Bu gündən qüvvəyə minir

İcazə xidməti ilə bağlı yenilik - Bu gündən qüvvəyə minir
Sakura

İcazə xidməti ilə bağlı yenilik - Bu gündən qüvvəyə minir

İcaze.e-gov.az-da dünəndən etibarən yeni bir xidmət yaradılıb.

Yeniavaz.com xəbər verir ki, bu haqda Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov ötən gün AzTV-də yayımlanan "Hədəf" verilişində məlumat verib. O bildirib ki, yaradılan yeni xidmət sayəsində təşkilatlar və onların əməkdaşları arasında anlaşmazlıqlar ortadan qaldırılacaq: “Təşkilatlar icazəni portala daxil etdikləri zaman, bəzən öz əməkdaşlarına bu barədə məlumat vermirdilər və ya unudurdular. İcazəni dayandıranda da məlumat vermirdilər. Belə olan halda da, həmin əməkdaşlar icazəsinin olmadığını postlarda öyrənir və cərimələnirdilər. Bu olmasın deyə icaze.e-gov.az-ı my.gov.az portalına inteqrasiya etdik. Artıq vətəndaşlar icazə ilə bağlı orada bildiriş alırlar. Əməkdaşlar şəxsi kabinetlərinə daxil olaraq icazəni görə bilirlər. Onlar hətta həmin icazəni yükləyə də bilərlər. Artıq onun üzərində "Brcode" və "QR code" imkanları da yaradılıb”.

Fariz Cəfərov qeyd etdi ki, bu gündən etibarən Daxili İşlər Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində həmin "QR code"ların xüsusi cihazlarla oxudulması isə vətəndaşların postları daha sürətli keçməsi təmin olunacaq.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Verzaska çayı, İsveçrə

Redaktor seçimi

SON XƏBƏRLƏR