Slimfit
  1. TƏHSİL VƏ KARYERA

İbtidai sinif müəllimlərinin nəzərinə: Şagirdləriniz bunları mütləq bilməlidir

İbtidai sinif müəllimlərinin nəzərinə: Şagirdləriniz bunları mütləq bilməlidir
Sakura

İbtidai sinif müəllimlərinin nəzərinə: Şagirdləriniz bunları mütləq bilməlidir

Məktəbəqədər hazırlıq qruplarında şagirdlər orta təhsilə müəyyən qədər hazırlanırlar. Bu, ibtidai təhsildəki çətinliklərin öhdəsindən gəlməkdə onlara yardımçı olur.

Bəs qanunvericiliyə əsasən, ibtidai təhsilini başa vuran məktəblinin hansı interaktiv bilik və bacarıqlara malik olması mütləqdir?

Bununla bağlı qanuni normalar ümumi təhsil pilləsinin dövlət standartları və proqramında qeyd olunub.

Burada əks olunan ibtidai təhsil pilləsinin nəticələrinə əsasən, IV sinfi bitirən şagird hər şeydən öncə yaşına uyğun bədii, elmi-kütləvi və məlumat xarakterli mətnləri oxumaq, onun əsas məzmununu ayırmaq və bu barədə fikir bildirməyi bacarmalıdır.

Şagirdin bu biliklərə nə dərəcədə malik olması ibtidai sinif müəllimindən asılı olsa da, bəzi normativlərin yerinə yetirilməsi üçün orta məktəbdə texniki təminatının vacibliyi də mütləqdir. Məsələn, şagird lüğət, məlumat xarakterli vəsaitlər və kompüter texnikasından istifadə etməli, zəruri riyazi bilikləri tətbiq etməklə sadə alqoritmləri yerinə yetirməyi bacarmalıdır.

Onun ətrafı ilə münasibətini qorumaq məqsədilə, proqrama öz fikirlərini şifahi və yazılı formada aydın ifadə etmək də daxil olunub.

İbtidai sinif şagirdinin həmçini məntiqi düşünmək, başqasının fikrinə münasibət bildirmək, müşahidə etdiyi obyekt və hadisələri təsvir etmək, onları səciyyəvi əlamətlərinə görə fərqləndirmək bacarıqlarının olması mütləqdir.

Ünsiyyət qurmaq, kollektivlə işləməyi bacarması da ona gələcək fəaliyyətində kömək edə bilər.

Hər şeydən əvvəl isə şagirdə öz hüquqlarını müdafiə və  başqasının haqlarına hörmət etmək aşılanmalıdır.

O, hansı xarici dilin tədris olunmasından asılı olmayaraq, bu dildə sadə ünsiyyət qura biləcək səviyyədə ilkin biliklərə malik olmalıdır.

Qanunvericilikdə ibtidai sinif şagirdlərinə bir sıra insani keyfiyyətlərin aşılanması da nəzərdə tutulub. Məsələn, IV sinfi bitirənədək ona sadə mədəni davranış, şəxsi gigiyena və zəruri təhlükəsizlik qaydalarına əməl etmək aşılanmalı, başqasının əməyinə həssas, ədalətli münasibət təlqin olunmalıdır.

 

Mənbə: Faktxəbər.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR