Dərc edildi: Baxış sayı: 472
İbtidai sinif müəllimi olmaq istəyən 4 nəfər yüksək nəticə əldə edib
İyulun 16-da ibtidai sinif müəllimi olmaq istəyən namizədlərin imtahanları davam edir.
Təhsil Nazirliyindən verilən məlumata görə, imtahanlarda 3 280 namizədin iştirakı gözlənilir.
Qeyd edək ki, ötən gün keçirilən ibtidai sinif üzrə müəllimlərin işə qəbulu imtahanlarında 2 879 namizəd iştirak edib. Namizədlərdən Sevinc İsmayılova, Aytac Binnətli, Sahibə Rəhimova və Elgün Şahbazov 57 bal toplayaraq ən yüksək nəticə göstərib.
İmtahanda iştirak edən 1 216 namizəd 36 bal, 246 nəfər isə 48 baldan yüksək nəticə əldə ediblər.
İmtahanlar iyulun 24-dək davam edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət