Dərc edildi: Baxış sayı: 615
İbrahimoviçin heykəli aşırıldı
İsveçin Malmö şəhərində naməlum şəxslər eyniadlı kluba məxsus stadion önündən "Milan"ın yeni transferi Zlatan İbrahimoviçin heykəlini aşırıblar.
Fanat.Az xəbər verir ki, hadisə bu gün baş verib. abidənin ayaqlarının kəsilməsi nəticəsində o, hasarın üstünə düşüb. İbrahimoviçin başına isə "İsveç" yazılmış qara sviter keçirilib. Naməlum şəxslər abidənin qarşısına "Götürülsün" sözlərini də yazıblar. Polis baş verənləri vandalizm hesab edib.
Hazırda polis faktla bağlı araşdırma aparır.
Qeyd edək ki, İbrahimoviçin heykəli "Malmö"nün yetirməsinin prinsipial rəqib "Hammarbü"nün sahiblərindən birinə çevrilməsindən sonra bir neçə dəfə hücumlara məruz qalıb. Əvvəllər abidə yandırılıb, burnu kəsilib, unitaz formalı oturacaq və zibil kisəsi geyindirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət