Slimfit
  1. İDMAN

İbrahimoviç 'Milan'a qayıdışdan sonra ilk matçda qol vurub

İbrahimoviç 'Milan'a qayıdışdan sonra ilk matçda qol vurub
Sakura

İbrahimoviç 'Milan'a qayıdışdan sonra ilk matçda qol vurub

"Milan" futbol komandası yoldaşlıq matçında "Rodens" klubunu 9:0 hesabı ilə darmadağın edib.

Report” xəbər verir ki, komandanın heyətində qollardan birini isveçli hücumçu, yanvarın 2-də qırmızı-qaraların oyunçusu kimi təqdim edilən Zlatan İbrahimoviç vurub.

"Milan" heyətində həmçinin Davide Kalabriya (dubl), Hakan Çalxanoğlu, Lukas Paketa, Kşiştof Pyontek (dubl), Rafael Leau və Semuel Kastilexo fərqləniblər.

Zlatanın son klubu "Los-Anceles Qelaksi" olub. O, 2018-ci ilin martından 2019-cu ilin noyabrına qədər bu komandada çıxış edib. 38 yaşlı isveçli futbolçu Şimali Amerika Futbol Liqasının ötən mövsümündə keçirdiyi 31 matçda 31 qol vurub və 8 məhsuldar ötürmə verib.

Xatırladaq ki, İbrahimoviç 2010-2012-ci illərdə də “Milan”ın formasını geyinib. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarabağlı qaradərili. Foto 1870-ci illərdə, ABŞ tədqiqatçısı Corc Kennanın Qafqaza səyahəti zamanı Qarabağda çəkilib.

Redaktor seçimi

SON XƏBƏRLƏR