Dərc edildi: Baxış sayı: 556
I və II sinifdə ev tapşırıqları ləğv olunsun! - Deputatdan təklif
“Məktəblərdə, xüsusilə də rus bölməsində dərsliklərin keyfiyyətinə nəzarət edilməlidir. Dərsliklər yenidən işlənməlidir. Hazırda dərsliklərin keyfiyyəti heç kimi qane etmir”.
Azvision.az xəbər verir ki, bunu deputat Elmira Axundova parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
“V sinif Ana dili dərsliyini analiz etdim və burada nəinki uşaqlara rəsmi dövlət dilini öyrədəcəyik, əksinə onlarda bu dilə qarşı etinadsızlıq yaranacaq. Axı nə üçün orta məktəblərdə şagirdləri həddindən artıq ev tapşırığı ilə yükləyirlər? Bəzi hallarda heç tapşırıqların izahı da verilmir. Müəllimlər onların üzərinə düşən vəzifələri çox vaxt valideynlərin çiyinlərinə yükləyirlər. Bunu proqramın gərginliyi ilə izah edirlər. 6 yaşlı uşaqlar dərsdən gələrkən axşam saat 8-9-a kimi ancaq ev tapşırıqları ilə məşğul olurlar. Axı onlar uşaqdırlar. Bu qədər ağır yük altında şagirdlərin məktəbə qarşı nifrəti oyana bilər”,- deyə E.Axundova bildirib.
Deputat təklif edib ki, I və II sinifdə ev tapşırıqları ya ləğv olunsun, ya da cüzi olsun: “Yoxsa uşaqlarımız idman və ya hər hansı incəsənət növləri ilə məşğul olmağa vaxt tapmayacaqlar. Belə olan halda məktəblər robot insanlar yetişdirəcək. Onlar bu qədər oturaq həyat tərzi keçirməklə səhhətlərində ciddi problemlər yarana bilər”.

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət