Slimfit
  1. İQTİSADİYYAT

I rübdə sahibkarlar elektrik şəbəkəsinə qoşulmaq üçün 1,8 mln. manat ödəyib

I rübdə sahibkarlar elektrik şəbəkəsinə qoşulmaq üçün 1,8 mln. manat ödəyib
Sakura

I rübdə sahibkarlar elektrik şəbəkəsinə qoşulmaq üçün 1,8 mln. manat ödəyib

2019-cu ilin I rübü ərzində Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində fəaliyyət göstərən Texniki Şuralar vasitəsilə636 müraciətə baxılıb.

Nazirlikdən "Report"a verilən məlumata görə, yanvar ayı üzrə daxil olan müraciətlərin sayı 227, fevral ayı üzrə 261, mart ayı üzrə isə 148 olub.

Rüb ərzində qəbul edilmiş müraciətlərdən 614-nün icrası təmin edilib, 22müraciət isə təqdim edilmiş sənədlərdəki uyğunsuzluqlar səbəbindən icra olunmayıb.

Bu dövrdə Texniki Şuralara daxil olmuş müraciətlər əsasında sahibkarlar tərəfindən 9 858,4 kVt güc sifariş edilib və 1 779 318,52 manat qoşulma haqqı ödənilib.

Bütün müraciətlər 1 və 2 saylı “ASAN kommunal” mərkəzlərində, Sumqayıt və Gəncə şəhərlərindəki “ASAN xidmət” mərkəzlərində yaradılmış Texniki Şuralar tərəfindən qəbul edilib və icra olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR