Slimfit
  1. ƏDƏBİYYAT

Hüseyn Nadim Naxçıvani - Gərək insan olanın qeyrəti, həm qanı ola

Hüseyn Nadim Naxçıvani - Gərək insan olanın qeyrəti, həm qanı ola
Sakura

Hüseyn Nadim Naxçıvani - Gərək insan olanın qeyrəti, həm qanı ola

Gərək insan olanın qeyrəti, həm qanı ola,
Adil, insaflı və həm məzhəbü imanı ola.

Aqibət yoxdur olar fani cəlalü cəbərut,
Bir açıq süfrəsi, miskin doyuran nanı ola.

Gülüm, əhmər səni qoy eyləməsün məst, oyan,
Əhli‐vicdan olanun xeyratı, ehsanı ola.

Bükəcəkdür fələk axırda o ər`ər qədüvi,
Başun üstə oxunan ayeyi‐Qur`anı ola.

Qəbrstan ola mənzil, oxunar ə`malı,
Sağlığında pis işi, ya ki, bəd ünvanı ola.

Mələkül‐mövt oturar sinəvün üstündə sənün,
Xeyr elə, Nadim, o dəm dərdüvə dərmanı ola.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR