Slimfit
  1. CƏMİYYƏT

Hüquq müdafiəçiləri erməni separatçılara baş çəkdi

Hüquq müdafiəçiləri erməni separatçılara baş çəkdi
Sakura

Hüquq müdafiəçiləri erməni separatçılara baş çəkdi

İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov, sədr müavini Elçin Şirinov və Hüquq şöbəsinin müdiri Rövşən Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində saxlanılan keçmiş Dağlıq Qarabağ separatçılarının rəhbərləri Arayik Arutyunyan, Ruben Vardanyan, David Manukyan və Lyova Mnatsakanyana baş çəkib.

Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə komitə sədrinin müavini Elçin Şirinov məlumat verib.

Onun sözlərinə görə, başçəkmədə məqsəd saxlanma şəraiti, onlarla rəftar qaydaları, qidalanma rejimi və s. məsələlərlə maraqlanmaq olub:

“Həmin şəxslərlə həm ayrılıqda, həm də bir yerdə görüş baş tutub. Görüş zamanı adıçəkilən şəxslər saxlanılma şəraitindən razılıqlarını ifadə ediblər. Saxlanılan şəxslər onlar üçün vaxtaşırı gəzintinin təşkil olunduğunu, hər həftə ailə üzvləri ilə telefonla danışmaq üçün şərait yaradıldığını bildiriblər. Onlar istədikləri kitablarla təmin olunublar, televizor və elektron kitabxanaya çıxış imkanları yaradılıb, idman zallarından istifadə təşkil edilib. Adıçəkilən şəxslər onlara heç bir ayrı-seçkiliyin edilmədiyini etiraf ediblər. Onlara eyni zamanda ailə üzvlərinin istəyi ilə vəkil də təyin olunub. Həmin zaman Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Ermənistandan həmin şəxslərin yaxınlarının onlara göndərdikləri azuqələri təhvil verirdilər. Araik danışıq zamanı bildirib ki, Azərbaycan SSR ərazisində o vaxt “Stepanakert” adlandırılan şəhərdə doğulub. Azərbaycan dilində bir neçə söz bilsə də, ermənidilli məktəbdə təhsil aldığından dili tam yaxşı bilmir”.

Xatırladaq ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağdakı keçmiş qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq “xarici işlər naziri” David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı saxlayaraq Bakıya gətiriblər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR