Slimfit
  1. HƏRB

Hulusi Akar: “Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi sabah fəaliyyətə başlayır”

Hulusi Akar: “Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi sabah fəaliyyətə başlayır”
Sakura

Hulusi Akar: “Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi sabah fəaliyyətə başlayır”

Türkiyənin müdafiə naziri Hulusi Akar azərbaycanlı həmkarı Zakir Həsənovla telefon vasitəsilə əlaqə saxlayıb.

“Haber Global” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlama verən Akar Zakir Həsənovla müdafiə və təhlükəsizlik sahələrində görülən və görüləcək işlərdən danışdığını bildirib.

“11 noyabr 2020-ci il tarixində rusiyalı həmkarım Şoyqu ilə Qarabağdakı atəşkəsi izləmək və nəzarət etmək üçün yaradılacaq Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə dair anlaşma memorandumunu imzaladıq. Ortaq mərkəzin yaradılması istiqamətində işlər başa çatıb. Türk və rus əsgərlərinin çalışacağı ortaq mərkəz sabah fəaliyyətə başlayacaq. Zakir Həsənovla son vəziyyəti qiymətləndirdik və qarşılıqlı olaraq xoş arzularımızı çatdırdıq.

Qardaşlarımızın hüquqlarını və qanunlarını müdafiə etmək vəzifəmizi yerinə yetirəcəyik. Bir millət və iki dövlət anlayışı ilə bu günə qədər azərbaycanlı qardaşlarımızla birlikdə olmuşuq və bundan sonra da davam edəcəyik”, - deyə H.Akar qeyd edib.

Mənbə: Oxu.Az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR