Slimfit
  1. SİYASƏT

Hulusi Akar: Türkiyə Ermənistandan arxivləri açmasını gözləyir

Hulusi Akar: Türkiyə Ermənistandan arxivləri açmasını gözləyir
Sakura

Hulusi Akar: Türkiyə Ermənistandan arxivləri açmasını gözləyir

Ermənistan Türkiyədən nümunə götürərək arxivlərini elm adamları üçün açmalıdır...

Ermənistanın 1915-ci il hadisələri ilə bağlı iddialarının əsassız və yalan olduğunu Birinci Dünya Müharibəsi illərində Anadolunu ziyarət edən xarici nümayəndəliklərin sənədləri də təsdiqləyir.

Ens.az İnterAz-a  istinadla xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar açıqlayıb.

Akar qeyd edib ki, 20-ci əsrin əvvəllərində ermənilər Osmanlı dövlətinin zəifliyindən yararlanaraq bu torpaqlarda “Böyük Ermənistan” yaratmağa çalışıb və bunun üçün müxtəlif hiylələrə və yalanlara əl atıb.

"Böyük güclərin dəstəyini cəlb etmək üçün ermənilər ABŞ-dakı lobbi quruluşlarından fəal istifadə edərək ictimai rəyi manipulyasiya edib. "Böyük Ermənistanı" Böyük Britaniyanın dəstəyi ilə və ABŞ-ın mandatı altında yaratmağa çalışıblar", Akar bildirib.

Nazir vurğulayıb ki, Türkiyə dəfələrlə arxivlərini açmağa hazır olduğunu bəyan edib və Ermənistan tərəfini bu məsələ ilə bağlı bənzər addımlar atmağa çağırıb.

"Ermənistan Türkiyədən nümunə götürərək arxivlərini elm adamları üçün açmalıdır. Bu gün Prezident Rəcəb Tayyib Ərdoğanın bu çağırışını bir daha təkrarlayacağam. Birgə elmi komissiyanın işinin nəticələrini bütün tərəflər tanımalıdır", - Hulusi Akar vurğulayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR