Dərc edildi: Baxış sayı: 586
Hulusi Akar Liviyaya səfər edib
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi general Yaşar Gülər Təhlükəsizlik, Hərbi Əməkdaşlıq Razılaşması Memorandumu çərçivəsində Liviyanın paytaxtı Tripoliyə səfər ediblər.
Ens.az “Report”-a istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, nazir və baş qərargah rəisinin gəlişi ilə əlaqədar Mitiqa hava limanında hərbi mərasim təşkil edilib. Onları Liviya hökumətinin müdafiə nazirinin müavini Səlahəddin ən-Nəmruş, başqərargah rəisi general Məhəmməd eş-Şərif, Türkiyənin Liviyadakı səfiri Serhat Aksen və digər türkiyəli və liviyalı rəsmi şəxslər qarşılayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət