Slimfit
  1. GÜNDƏM

Hücüm edən koronavirus: tibb bacısı maskada bir neçə saatlıq işdən sonra üzünü göstərdi

Hücüm edən koronavirus: tibb bacısı maskada bir neçə saatlıq işdən sonra üzünü göstərdi
Sakura

Hücüm edən koronavirus: tibb bacısı maskada bir neçə saatlıq işdən sonra üzünü göstərdi

İtaliyanın Milan şəhərindəki xəstəxanada COVID-19 koronavirusu ilə yoluxmuş xəstələr ilə daim birlikdə olan 23 yaşlı tibb bacısı Alessia Bonari maraqlı bir paylaşma edərək sosial şəbəkəni valeh edib.

 

O, İnstaqram səhifəsində saatlarla qoruyucu tibbi maskada ​​işlədikdən sonra göyərmiş üzünü göstərib və həkimlərin işini qiymətləndirmək üçün abunəçilərə müraciət edib.

Qız fiziki və psixoloji cəhətdən çox yorğun olduğunu etiraf edib. O, xəstəxanaya qayıtmaqdan qorxur, amma həmkarları kimi, işindən qürur duyur, onu sevir və xəstələrinə baxmağa davam edəcək.

"Qorxuram, çünki maska ​​üzümə düz oturmaya bilər və ya təsadüfən çirkli əlcəklərimlə üz-gözümə toxunaram. Yaxud linzalar gözümə nəsə buraxar ... Qoruyucu vasitələr pis olduğu üçün fiziki cəhətdən yoruldum, xalatda tərləyirəm, geyinəndə isə altı saat ərzində tualetə gedə və ya nəsə içə bilmirəm (koronavirusun yayılmaması üçün - red) "deyə Alessia yazıb.

O, həmçinin insanları ehtiyatlı olmağa, evdə qalmağa və beləliklə ətrafdakılara, ölümcül təhlükə daşıyan virusdan zərər görə biləcək insanlara qayğı göstərməyə çağırıb.

"Biz, gənclər, koronavirusdan sığortlanmamışıq, biz də xəstələnə bilərik. Ancaq mən karantinə qayıtmaq rahatlığını özümə verə bilmərəm, işə getmək məcburiyyətindəyəm. Sizdən də öz işinizi yerinə yetirməyinizi xahiş edirəm, lütfən!" - qız yazıb.

Paylaşma ediləndən bəri, demək olar ki, 900.000 İnstagram istifadəçisi tərəfindən bəyənilib. On minlərlə insan heyranlıq ifadə edən şərhlər yazıb və çəkdikləri zəhmətə görə həkimlərə təşəkkürlərini çatdırıblar.

Ens.az saytı bildirir ki, 15 mart tarixində İtaliyada 1441 nəfər koronavirusdan ölüb. Ölkədə Covid-2019-a yoluxanların ümumi sayı isə 21157 nəfərdir.

Mənbə: vesti-ua.net

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR