“Huawei”in rəhbəri "Apple" şirkətini öz müəllimi adlandırıb
Çinin telekommunikasiya nəhəngi “Huawei” şirkətinin rəhbəri ABŞ-ın “qara siyahı” qərarına cavab olaraq rəsmi Pekinin də “Apple” şirkətinə qarşı eyni addımı atmasına qarşıdır.
ONA xəbər verir ki, belə bir fikri “Huawei”in baş direktoru Jen Çjenfey “Bloomberg” agentliyinə müsahibəsində səsləndirib.
“Hər şeydən öncə belə bir şey mümkün ola bilməz. İkincisi, baş verərsə, o zaman ilk olaraq mən etirazımı bildirəcəm. “Apple” – dünyada aparıcı şirkətdir, onsuz mobil internet mövcud ola bilməzdi. “Apple” olmasaydı, biz dünyanın gözəlliyini görə bilməzdik”, - J.Çjenfey belə deyib.
O, Amerika şirkətini öz müəllimi adlandırıb: “O bizim gözümüzdə həmişə irəlidədir. Niyə mən öz müəllimimə qarşı müqavimət göstərməliyəm?! Mən buna heç vaxt yol verə bilmərəm”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət