Slimfit
  1. DÜNYA

“Huawei”in qara siyahıya salınması 1200-dən çox ABŞ şirkətinə zərər vurur

“Huawei”in qara siyahıya salınması 1200-dən çox ABŞ şirkətinə zərər vurur
Sakura

“Huawei”in qara siyahıya salınması 1200-dən çox ABŞ şirkətinə zərər vurur

“Huawei” kompaniyasını qara siyahıya salan ABŞ-ın Ticarət Nazirliyi artıq 1,2 mindən çox Amerika müəssisəsinə birbaşa zərər vurub.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə “Huawei” kompaniyasının hüquqi məsələlər üzrə baş mütəxəssisi Sun Lüpin mətbuat konfransında deyib.

“İki həftə öncə ABŞ hökuməti “Huawei” kompaniyasını qəflətən qara siyahıya salıb ki, bu da dünyanın 170 ölkəsində şirkətin məhsullarından və xidmətlərindən istifadə edən müştərilərə xeyli zərər vurub. Bundan əlavə, həmin addım kompaniya ilə işgüzar əlaqələri olan 1,2 mindən çox ABŞ şirkətini birbaşa zərərə uğradıb, habelə Amerikada on minlərlə iş yerinə təsir edib”, - deyə Sun Lüpin bildirib.

Xatırladaq ki, mayın 17-də ABŞ-ın Ticarət Nazirliyi informasiya-kommunikasiya infrastrukturunun xarici təhdidlərdən qorunması məqsədilə “Huawei” kompaniyasını qara siyahıya salıb. Eyni zamanda, Amerikanın “Google” kompaniyası “Huawei” şirkətinə texniki dəstək verməyi və xidmət göstərməyi dayandırmaq qərarına gəlib. Çinin İKT nəhəngi bundan sonra “Android” proqram təminatından və “Google” kompaniyasının tərəfdaşlarına göstərdiyi müxtəlif xidmətlərdən istifadə edə bilməyəcək.

2018-ci ildə “Huawei” kompaniyasının gəliri 105 milyard dollar təşkil edib, xalis gəliri isə 8 milyard dolları ötüb. O, dünyada ikinci ən böyük smartfon istehsalçısıdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sahildə maraqlı tavanı olan kafe

Redaktor seçimi

SON XƏBƏRLƏR